Dövlət Ehtiyatları Agentliyinin ləğvi üçün komissiya yaradılacaq
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsinin ləğvi üçün komissiyanın yaradılmasını tapşırıb.
Modern.az xəbər verir ki, Baş nazir Əli Əsədov Prezidentin Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında 3 noyabr 2026-cı il tarixli fərmanının icrası ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Ehtiyatları Agentliyi publik hüquqi şəxsin ləğvi ilə bağlı iki ay ərzində qanunvericiliyə uyğun tədbirlər görməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Agentliyə həmçinin bir ay ərzində tabeliyində olan, lakin strukturuna daxil edilməyən qurumların siyahısının layihəsini, Kollegiya üzvlərinin sayı və tərkibi, eləcə də Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzinin işçilərinin maaşları və əməyin ödənilməsi sistemi ilə bağlı təklifləri hökumətə təqdim etmək tapşırılıb.
Dövlət ehtiyatlarının saxlanılması və Mərkəzin fəaliyyəti üçün zəruri aktivlərin Agentliyin balansından Mərkəzin balansına verilməsi üçün də tədbirlər görüləcək.
Sərəncam noyabrın 18-də imzalandığı gündən qüvvəyə minib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 18 Noyabr 2026 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















