Icma.az
close
up
RU
Məktəblər bağlana bilər xəstəlik sürətlə artır: “Distant təhsilə keçilməsə...”

Məktəblər bağlana bilər xəstəlik sürətlə artır: “Distant təhsilə keçilməsə...”

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hazırda uşaqlar arasında müxtəlif yoluxucu xəstəliklərin sürətlə yayılması valideynləri və cəmiyyəti ciddi şəkildə narahat edir. Xüsusilə məktəblərdə sıx təmasın mövcudluğu xəstəliklərin daha geniş miqyasda yayılması riskini artırır. Bu fonda səhiyyə mütəxəssislərinin də müvəqqəti olaraq distant təhsilə keçidin zəruriliyini vurğulaması məsələnin aktuallığını daha da ön plana çıxarır.

Belə olan halda, şagirdlərin sağlamlığını qorumaq üçün təhsildə çevik yanaşma tətbiq edilərək, qısa müddətlik distant təhsilə keçmək mümkün ola bilərmi?

Globalinfo.az-a danışan təhsil eksperti Sona Əliyeva deyib ki, hazırda uşaqlar arasında xəstəliklərin sürətlə yayılması artıq nə gizlədiləcək,  nə də ötürüləcək məsələ deyil.

Sona Əliyeva

Ekspertin fikrincə, bu vəziyyətdə susmaq da, “gözləyək görək” demək də məsuliyyətsizlikdir:

“Burada söhbət distant təhsili ideallaşdırmaqdan yox, uşaqların sağlamlığını qorumaqdan gedir. Xəstə uşaq məktəbə gələndə təkcə özü üçün yox, bütün sinif üçün risk yaradır. Bir neçə günün içində problem böyüyür, yoluxanların sayı artır, dərslər pozulur, valideynlər narahatlıq keçirir. Bunun adı idarəetmə deyil, hadisələrin arxasınca sürünməkdir. Texniki imkanların olduğu bir dövrdə “mümkün deyil” demək inandırıcı səslənmir. Distant təhsil fövqəladə vəziyyətlər üçün var. Xəstəlik yayılırsa, məktəb müvəqqəti onlayn rejimə keçə bilər. Bu, təhsildən qaçmaq yox, təhsili və uşağı qorumaqdır”.

Sona Əliyeva deyib ki, aidiyyəti qurumlar vəziyyəti ciddiyə almalıdırlar:

“Hər şeyi ümumiləşdirib vaxt itirmək əvəzinə, bölgələr üzrə qərar verilməlidir. Edpidemiya riski olan yerlərdə dərhal tədbir görülməlidir. Uşaqların sağlamlığı statistikaya, hesabatlara qurban verilə bilməz. Sağlam olmayan uşaqdan nə dərs, nə nəticə, nə də gələcək gözləmək olar. Təhsil sisteminin əsas vəzifəsi əvvəlcə uşağı qorumaqdır, daha sonra isə tədris proqramını. Bu gün atılmayan qərarın qiymətini sabah uşaqlar, valideynlər və müəllimlər ödəyəcək”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Yanvar 2026 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri