“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 17 oktyabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 16-da ABŞ-nin Yuta ştatında keçirilən “2026 G20 Dinlərarası Forumu”nda (IF20) iştirak edib.
AZƏRTAC xəbər verir ki, forumda əməkdaşlıq modelləri, süni intellektin etik və sosial təsirləri, dinlərarası dialoq və qlobal çağırışlar müzakirə olunub.
Ramin Məmmədov forum çərçivəsində “Dini qurumlar və ümumi rifahın artırılması: Afrika, Yaxın Şərq və Avrasiya perspektivləri” mövzusunda keçirilən xüsusi beynəlxalq sessiyada çıxış edib. Yuta ştatı Senatının prezidenti Stuart Adamsın moderatorluğu ilə təşkil olunan “Yaxın Şərq və Avrasiya perspektivləri” adlı paneldə Dövlət Komitəsinin sədri Azərbaycanın Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tarixi, mədəni və mənəvi əlaqələrinin dinlərarası harmoniyanın və regional əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaratdığını bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz və Mərkəzi Asiya arasında tərəfdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə diqqət çəkib.
Azərbaycanın multikulturalizm və dinlərarası tolerantlıq ənənələrindən bəhs edən Komitə sədri müxtəlif dini icmaların ölkəmizdə əsrlər boyu sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildirib. O, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun işğaldan azad edilmiş ərazilərdə tarixi, mədəni və dini abidələrin bərpası və mühafizəsi istiqamətində həyata keçirdiyi işləri diqqətə çatdırıb.
Ramin Məmmədov milli-mənəvi dəyərlərin qorunmasının, dini maarifləndirmənin və gənclərin radikalizmdən müdafiəsinin əhəmiyyətini vurğulayıb.
Komitə sədri, həmçinin 2026-cı il oktyabrın 27–29-da Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verib. Tədbirin Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 17 Oktyabr 2026 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















