Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

2027 2030 cu illərin sosial iqtisadi hədəfləri...

2027 2030 cu illərin sosial iqtisadi hədəfləri...

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Yeni dördillik inkişaf strategiyası üzrə hazırlıqlara başlanılıb
Maliyyə Nazirliyində “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Makro-fiskal dayanıqlıq” üzrə Alt İşçi qrupun ilk iclası keçirilib. Maliyyə naziri və Alt İşçi qrupun rəhbəri Sahil Babayev bildirib ki, dövlət başçısının 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” başlıca prioritetlərdən biri kimi müəyyən edilib. Bu çərçivədə, “daxili və xarici təsirlərə dayanıqlıq” ölkənin əsas uzunmüddətli inkişaf istiqamətlərindən biri kimi önə çıxır.
Nazir fiskal dayanıqlığın təmin olunması, strateji valyuta ehtiyatlarının qorunması və dövlət maliyyəsinin, o cümlədən dövlət borcunun səmərəli idarə olunmasının əhəmiyyətini vurğulayıb. O, həmçinin qeyd edib ki, 2022-2026-cı illəri əhatə edən cari sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulmuş tədbirlər uğurla icra olunmaqdadır.
İclasda 2027-2030-cu illəri əhatə edən yeni strategiyanın hazırlanması ilə bağlı ilkin istiqamətlər, növbəti addımlar və tədbirlər ətrafında müzakirələr aparılıb. Eyni zamanda, müvafiq dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi və fəaliyyətlərin koordinasiyalı şəkildə davam etdirilməsi barədə razılıq əldə olunub. Yeni strategiya sənədi mövcud maliyyə imkanları nəzərə alınmaqla hədəflərin realizasiyası üçün nəzərdə tutulan tədbirlərin real, dəqiq və ölçülə bilən indikatorlara söykənir. Strategiyanın hazırlanması məqsədilə 9 alt işçi qrup yaradılıb.

Yeni hədəflər və güc arxitekturası

Azərbaycan qalib ölkə kimi arxada qoyduğumuz son 5 ildə qeyri-neft sektorunda önəmli irəliləyişlər əldə edib. İşğaldan azad edilmiş ərazilərimizin sürətli reinteqrasiyası, enerji istiqaməti üzrə beynəlxalq mövqeyin güclənməsi və “yaşıl iqtisadiyyat”ın genişləndirilməsi istiqamətində mühüm nailiyyətlərə imza atıb. Bütün bunlar Azərbaycanın milli iqtisadi inkişaf modelinin özünü doğrultduğunu bir daha sübut edir. Bu inkişaf modelində əsas diqqət Azərbaycan vətəndaşının rifahına və təhlükəsiz gələcəyinə yönəlib.
Qarşıda isə yeni hədəflər və güc arxitekturası var. Respublikamız 44 günlük müharibə və pandemiyadan sonra yaranmış vəziyyətə, yeni çağırış və şərtlərə, habelə formalaşan əlavə milli resurslara əsaslanaraq 2021-2030-cu illəri əhatə edən strateji hədəflər müəyyənləşdirib. Həmin strateji hədəflər “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” konsepsiyasının 5 çərçivə baxışına əsaslanır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, son illərdə əldə olunmuş sosial-iqtisadi nailiyyətlərin davamlı inkişafının təmin edilməsi, birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, əlverişli biznes mühitinin daha da gücləndirilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun artırılması, eləcə də işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin olunması üçün məqsədyönlü siyasət və islahat istiqamətlərinin müəyyənləşdirilməsi vacib hesab olunur. Strategiyanın həyata keçirilməsi üçün indiyədək dövlət büdcəsindən 7 milyard manatdan çox vəsait ayrılıb, nəzərdə tutulmuş tapşırıqların təqribən 80 faizi icra olunub.

İnkişafın mərkəzi - qeyri-neft sektoru

Növbəti beşillikdə dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat quruculuğu, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin möhkəmləndirilməsi, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması da əsas hədəflərdəndir. Hökumət hesab edir ki, iqtisadi artımın davamlı olması, milli iqtisadiyyatın dərin şaxələnməsi, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni “hərəkətverici qüvvələr” tapılmalıdır. Neft sektoru sosial-iqtisadi inkişafın dayaqlarından biri olsa da, qeyri-neft iqtisadiyyatı inkişafın mərkəzinə çevrilməlidir. İqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirilməlidir. Yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır.
Yeni prinsiplərə əsasən, özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalı, məhkəmə-hüquq sistemində şəffaflıq artırılmalı, haqsız rəqabətin qarşısı alınmalı, yeni və şəffaf özəlləşmə strategiyası həyata keçirilməlidir. Həmçinin biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır. Vergi və gömrük siyasəti dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət etməlidir.

Dayanıqlı maliyyələşmənin təşviqi

İqtisadiyyatda uzunmüddətli investisiya resurslarının əsas mənbəyi olan kapital və sığorta bazarının inkişafının da sürətləndirilməsi müasir çağırışlar sırasındadır. Bu yanaşmaya əsasən, milli bank sektorunun dayanıqlığı təmin olunması, ona olan etimad yüksəlməsi, real iqtisadiyyatın maliyyələşdirilməsində bankların payının artırılması və sahibkarlıq fəaliyyətinin inkişafına təkan verməsi nəzərdə tutulub. Maliyyə sektorunun “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”na əsasən, maliyyə alətlərinin diversifikasiyası və dayanıqlı maliyyələşmənin təşviqi yolu ilə ev təsərrüfatlarını və biznesləri? maliyyələşdirilməsi davam etdiriləcək. Maliyyə sektoru maliyyənin əlçatanlığını və dərinliyini artırmaq üçün ənənəvi kanallardan rəqəmsal maliyyə vasitəçiliyinə keçməyə can atır. Bu, maliyyə inklüzivliyinə böyük təsir edib və edəcək. Ev təsərrüfatlarının, bizneslərin maliyyə savadlılığının və biliklərinin artırılması da əsas prioritetlərdən biri olacaq. Eləcə də bank sektorunun dayanıqlılığının gücləndirilməsi, sığorta, qiymətli kağızlar və ödəniş sektorlarının inkişafı maliyyə sektorunun iqtisadiyyatın maliyyələşdirilməsində artan rolunu dəstəkləyəcək. Yeni hədəflərə yüksək rəqabət üstünlüyünə malik iqtisadi sektorlara maliyyələşdirməni gücləndirmək və yönəltmək, innovasiyalara daxili və xarici investisiyaları dəstəkləmək kimi prioritetlər də daxildir.

Regionlarda iqtisadi aktivliyin daha da artırılması

Strateji hədəflərdən biri regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resurslar tamamilə iqtisadi dövriyyəyə cəlb edilməsidir. Regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət olunmalıdır. Regionlar paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olmalıdır. Bu, regionların milli gəlirdə payının artırılmasını təmin edəcək.
Son dövrlərdə dünya iqtisadiyyatında müşahidə olunan inqilabi texnoloji dəyişikliklər şəraitində ölkələrarası rəqabət daha da artır. Perspektiv həyat dərin rəqəmsallaşma, yeni texnologiyaların aktiv tətbiqi və insan iştirakı olmadan ən müasir sahələrin sürətli inkişafı ilə səciyyəvi olacaq. Yeni dövrdə qurulacaq ekosistem (müvafiq təşviqlər, inkubasiya və akselerasiya mərkəzləri, dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə modelləri, vençur və kraudfandinq institutları və s.) iqtisadiyyatın texnoloji tutumluluğunun artırılmasına yönləndirilməlidir. Dünyada gedən sürətli texnoloji tərəqqiyə çevik uyğunlaşmaqla texnoloji ixrac məkanına çevrilmək üçün perspektivlər yaradılmalıdır. Bu məqsədlə emal sənayesinin inkişafı dərinləşdirilməli, elmtutumlu və yüksək gəlir yaradan orta və yüksək texnoloji sahələrin inkişafı təmin edilməlidir.

Azad ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası

Strategiya sənədinin əsas milli resurs bazasının kökündə azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq və digər məqamlar da dayanır. Həmin çərçivə prinsiplərinin gerçəkləşməsi regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsini təmin etməklə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək.
Mövcud imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcək.

Hədəf adambaşına düşən ÜDM-i 10 min dollara çatdırmaqdır

Azərbaycanın qarşısında duran strateji hədəf çağırışı DB-nin müəyyən etdiyi ən yüksək indikatora - “yüksək gəlirli ölkə”lər qrupunda yer almaqdır. Hazırda Azərbaycanda adambaşına düşən ümumi daxili məhsul (ÜDM) yüksək gəlirli ölkələrlə müqayisədə təxminən 40 faiz azdır. Hazırda ölkəmizdə bu göstərici 6-7 min dollar təşkil edir, “yüksək gəlirli” ölkələrdə isə bu rəqəm 10 min dollardır. Ona görə də fərqi azaltmaq üçün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində, o cümlədən həm mallar, həm də xidmətlər daxil olmaqla ticarət sektoruna stimullaşdırıcı tədbirlər görüləcək. Həmin mərhələyə yüksəlmək üçün investisiya və infuziyadan, yəni xaricdən texnologiyaların qəbul edilməsi və onların iqtisadiyyata yönəldilməsi əsas tələblərdən biri hesab edilir. Bu ssenarilər “yuxarı-orta gəlir”li ölkə səviyyəsini təmin etdikdən sonra yenidən sürətli inkişaf transformasiyası nəticəsində sonuncu -  “yüksək gəlirli” şkalaya keçidi təmin edə bilər. Bu statusa nail olmaq üçün isə investisiya, infuziya və innovasiya üçbucağını təmin etmək və dayanıqlı texnologiya liderləri ilə rəqabətdə dayanmaq lazımdır.
Ümumilikdə, həmin hədəf baxışları portfelində ən prinsipial qərarlardan biri də şaxələnmiş iqtisadiyyatın dayanıqlılığının gücləndirilməsidir. Əsas məqsəd iqtisadiyyatda qeyri-neft sektorunun payının artmasına nail olmaqdır.


E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 İyul 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri