Icma.az
close
up
RU
2027 ci ildə Azərbaycanda dünya çempionatı keçiriləcək, amma normal stadion yoxdur AÇIQLAMA

2027 ci ildə Azərbaycanda dünya çempionatı keçiriləcək, amma normal stadion yoxdur AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Deputat Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı bildirib ki, Azərbaycan və Özbəkistan prezidentləri 2027-ci ildə dünya çempionatının Azərbaycanda və Özbəkistanda keçirilməsi üçün müraciət ediblər və bu müraciət də nəzərə alınıb. Həmçinin millət vəkili qeyd edib ki, bizdə beynəlxalq standartlara cavab verən cəmi yeddi stadion var, bu istiqamətdə ciddi işlər görülməlidir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan idman jurnalisti Natiq Muxtarlı bildirdi ki, bu, gənclər arasında U20 dünya çempionatının Azərbaycan və Özbəkistanda keçirilməsi ilə bağlı qərardır:

"Təəssüf ki, Azərbaycanda infrastruktur yoxdur. İllərdir deyirik ki, Azərbaycanda, xüsusən də bölgələrində heç bir infrastruktur yoxdur. Dünya çempionatının keçirilməsi üçün isə infrastrukturun qurulması çox vacibdir. Ona görə də mən bu qərarı əslində alqışlayıram. Niyə? Çünki əgər dünya çempionatı Azərbaycanda keçirilirsə, ölkə məcburdur ki, o infrastrukturu qursun. Söz yoxdur ki, vaxt çox az qalıb. Tutaq ki, 2025-ci ildir və bu, 2027-ci ildə keçiriləcək. Amma ölkə bu öhdəliyi üzərinə götürübsə, ölkədə infrastruktur qurulmalıdır. Belə çıxır ki, bu dünya çempionatı əslində Azərbaycana verilməklə təşkilatçılıq hüququ, həm də Azərbaycanda infrastrukturun qurulması üçün bir amil, stimul olacaq. Ona görə də mən bu qərara sözün düzü sevinirəm. Sumqayıtda da stadion təzə tikilib, Gəncənin stadionu hələ tam hazır deyil, amma o da yaxın vaxtlarda hazır olacaq. Bundan başqa, Azərbaycanın digər bölgələrində də dünya çempionatının keçirilməsi üçün ola bilsin ki, infrastruktur qurulsun".

Müsahibimiz qeyd etdi ki, Naxçıvanda, Lənkəranda infrastruktur qurula bilər:

"Qəbələdə də stadion var, Şimal bölgəsində qurula bilər. Bu infrastruktur qurulsa, təbii ki, bu stadionlar tikiləcək. Bəs sonra bu stadionlardan harada istifadə olunacaq? Azərbaycan çempionatının oyunlarında istifadə olunacaq, uşaq futbolunun inkişafında istifadə olunacaq. Ona görə də bu qərarı alqışlayıram, amma infrastruktur mütləq qurulmalıdır. Təbii ki, UEFA, FIFA bu qərarı, təşkilatçılıq hüququnu hansısa ölkəyə elə-belə vermir. Onun qarşısında müəyyən öhdəliklər qoyur. Mütləq o ölkə o öhdəliklərə əməl eləməlidir. Biz görək o çempionatın oyunları necə bölünəcək, hansı ölkədə nələr keçiriləcək, neçə şəhərdə, neçə stadionda və bu tələblər açıqlanandan sonra biz daha konkret fikir bildirə biləcəyik".

Natiq Muxtarlının fikrincə, bütün hallarda bu çempionatın Azərbaycana verilməsi müsbət haldır və bu çempionatın keçirilməsi fonunda Azərbaycan futbolunda infrastrukturun qurulmasına başlanıla bilər:

"Bu infrastruktur qurulsa, təbii ki, gələcəkdə biz ondan ölkə futbolunun inkişafı üçün də istifadə edə bilərik. İnvestisiya qoyulacaq və o bir bölgəni əhatə eləməməlidir. Söhbət təkcə Bakıdan, Gəncədən və ya Sumqayıtdan ibarət olmamalıdır. Azərbaycanın bütün bölgələrinə bu çempionatdan pay düşməlidir və infrastruktur qurulmalıdır. Azərbaycanda futbol infrastrukturu demək olar ki, yoxdur. Çempionatın 12 komandası cəmi altı stadionda oynayırsa, o stadionlar da dünya çempionatının keçirilməsi üçün standartlara cavab vermir. Tutaq ki, Şamaxının süni örtüklü stadionuna, Olimpiya Kompleksinin stadionuna heç vaxt belə çempionat oyununu verməzlər. Yevlaxda bir stadion var, o da süni örtüklüdür, Tovuzdakı stadion da süni örtüklüdür. Yəni bunlar standartlara cavab vermir. Söhbət standartlara cavab verən təbii örtüklü stadionlardan gedir. Ona görə də güman edək ki, əgər çempionatın keçirilməsində ölkə səviyyəsində maraqlıyıqsa, deməli infrastrukturun qurulması üçün də vəsait ayrılacaq və bu da müsbət haldır".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Noyabr 2025 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri