“Sportinq”in ehtiyat hücumçusu üç İtaliya nəhənginin hədəfində
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
İtaliyanın “Milan”, “Yuventus” və “Roma” klubları “Sportinq”in yunanıstanlı hücumçusu Fotis İoannidisi transfer etmək istəyirlər.
İdman.Biz xəbər verir ki, hər üç klubun 26 yaşlı futbolçunun yanvarda mümkün keçidi ilə bağlı məlumat aldığı bildirilir. Mərkəz hücumçusu axtaran İtaliya təmsilçilərinin siyahısında İoannidis ön sıralarda yer alır.
“Milan”ın baş məşqçisi Ruben Amorim yunanıstanlı forvardın oyun keyfiyyətlərini yüksək qiymətləndirir. Portuqaliyalı mütəxəssis hələ “Sportinq”i çalışdırdığı dövrdə, 2024-cü ilin yayında onu komandasında görmək istəyib. Amorim həmin vaxt futbolçu ilə əlaqə saxlayaraq taktiki planlarını da izah edib. Lakin hücumçunun Lissabon klubuna keçidi yalnız növbəti il reallaşıb.
İoannidis hazırda “Sportinq”də Luis Suaresin əvəzləyicisi sayılır. O, cari mövsüm keçirdiyi 16 oyunun yalnız beşinə start heyətində başlayıb. Hücumçu bu görüşlərdə üç qol vurub və iki məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Panatinaikos”un sabiq futbolçusu sosial şəbəkələrə xüsusi maraq göstərmir. Onun əsas hobbisi şahmatdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 28 Noyabr 2026 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















