2027 ci ildə böyük sosial paket olacaq Nazir
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"2027-ci ildə Azərbaycanda böyük sosial paket həyata keçiriləcək".
Modern.az xəbər verir ki, bu fikirləri maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında deyib.
Nazir xatırladıb ki, prezidentin təşəbbüsü ilə silsilə şəkildə ardıcıl olaraq Azərbaycanda sosial paket islahatları həyata keçirilib:
"Həmin islahatlar çərçivəsində ölkə üzrə minimum əməkhaqqı, minimum pensiyalar və müavinətlər dəfələrlə artırılıb. Onun əhatə dairəsi də orta hesabla paketin hansı ildə həyata keçirilməsindən asılı olaraq 2 milyondan 3 milyon insan arasında dəyişib. Biz çox kiçik dövr ərzində minimum əməkhaqqını 130 manatdan 400 manata çatdırmışıq. Minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Növbəti ildə böyük sosial paket həyata keçiriləcək. Sosial parketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyənləşdirilib. Hökumət tərəfindən hazırlanan layihələr yekun versiyada ölkə başçısına təqdim edildikdən, müvafiq sərəncam və fərmanlar imzaladıqdan sonra həmin vəsaitlərin müvafiq maddələr bölgüsü aparılacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 11 Noyabr 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















