Məni narahat edən öz cəhalətim və bacarıqsızlığımdır... Noah Qordonun Təbib indən sitatlar
Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün amerikalı yazıçı Noah Qordonun doğum günüdür.
Kulis.az onun "Təbib" əsərindən sitatları təqdim edir.
Mən həyatla Cənnət arasındakı ayrılığı bir çaya bənzədirəm. Əgər çayın üzərindən keçən çoxlu körpü varsa, yolçunun hansı körpünü seçməsi Tanrı üçün bu qədər böyük əhəmiyyət kəsb etməlidirmi?
***
Nə qədər ki ömrün boyunca tibbi öyrənirsən, qarşına xəstəlikləri müəmma olan insanlar çıxacaq. Çünki söhbətini etdiyin o əzab sağaltma peşəsinin ayrılmaz hissəsidir və onunla yaşamağı öyrənməlisən.
***
Tibb kərpiclərin yavaş-yavaş hörülməsinə bənzəyir. Ömrümüz boyu tək bir kərpic qoya bilsək, bunu böyük bəxtəvərlik saymalıyıq. Əgər xəstəliyin səbəbini izah edə bilsək, hələ doğulmamış kimsə onun müalicəsini tapa bilər.
***
Səhər saat altıda durmaq, saat onda nahar etmək, saat beşdə şam etmək, saat onda yatmaq insana yüz il yaşamaq imkanı verər.
***
Əgər bunu arzulayırsansa, öyrənmək naminə özünə əziyyət verməli, digər tələbələrlə ayaqlaşmaq və onları üstələmək üçün hər bir fürsətdən yararlanmalısan. Ya müqəddəs, ya da lənətlənmiş birinin ehtirası ilə oxumalısan.
***
Bəşəriyyət vəhşiliyə çox yaxındır və qaydalarla yaşamalıdır. Əks halda, öz heyvani təbiətimizin cənginə keçər və məhv olarıq.
***
Məni narahat edən öz cəhalətim və bacarıqsızlığımdır.
***
Mən daha çox şey bilsəydim, bəzilərinin xilas ola biləcəyini özümə təkrarlayıram.
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisində Van Qoqun 60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq "Günün qürubunda adımı çağırma..." - Serb şairdən "Serenada"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 11 Noyabr 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















