2027 ci ilin dövlət büdcəsində təkmilləşmələrə ehtiyac var... Vüqar Gülməmmədov
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
2027-ci ilin dövlət büdcəsində təkmilləşmələrə ehtiyac var.
"AzPolitika" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Palata qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini və digər sənədləri təhlil edib, bəzi göstəricilərin təkmilləşdirilməsinə ehtiyac olduğu qənaətinə gəlib:
"Mərkəzi icra hakimiyyəti orqanları ilə son iki ay ərzində intensiv müzakirələr aparılıb, nəticədə büdcə zərfində dəqiqləşdirmələr və əlavələr edilib.
Büdcənin gəlir və xərc proqnozları nə dərəcədə əsaslandırılıb? Palata bu suala makroiqtisadi proqnozların, gəlirlərin, xərclərin, büdcə kəsiri və dövlət borcunun təhlili əsasında müfəssəl cavab verib. Büdcə sənədləri əhəmiyyətli aspektlər üzrə müvafiq hesabatlılıq çərçivəsinin tələblərinə əsasən, ümumilikdə düzgün və etibarlı təqdim edilib. Dövlət maliyyəsi, o cümlədən büdcə orta və uzunmüddətli dövrdə dayanıqlıdırmı? Makrofiskal risklər hansı səviyyədə qiymətləndirilib? Azərbaycanın makrofiskal çərçivəsi dövlət borcunun ÜDM-ə nisbətinin kritik hədlərdən əhəmiyyətli dərəcədə aşağı səviyyədə saxlanılması, habelə suveren fond aktivlərinin birbaşa likvidlik və kontrtsiklik sığorta funksiyaları hesabına yüksək ödəmə qabiliyyətini və borc dayanıqlığını nümayiş etdirirr", - deyə sədr əlavə edib.
Bundan başqa, V.Gülməmmədov qeyd edib ki, büdcə qanunvericiliyinin müasirləşdirilməsi vacibdir:
"Büdcə sistemi haqqında" qanunun yenilənməsi və müasir iqtisadi çağırışlara uyğunlaşdırılması təklif olunur. Milli Məclis üçün mühüm əhəmiyyət daşıyan maliyyə sənədlərinin təqdim edilmə siyahısını tənzimləyən qanunun 12, 16, 18 və 20-ci maddələrinin də müasir rəqəmsal idarəetmənin sürətinə uyğunlaşdırılmasına ehtiyac var. Büdcə münasibətlərini tənzimləyən müxtəlif hüquqi aktlar arasındakı ziddiyyətlərin aradan qaldırılması məqsədilə büdcə qanunvericiliyinin məcəllələşdirilməsi vacibdir".
"2027-ci ilin büdcə zərfində büdcə-vergi siyasəti ilə bağlı məlumatlar "Büdcə sistemi haqqında" qanunun tələblərinə uyğun olaraq hazırlanıb. Xərc siyasətində üç yeni istiqamət müəyyən edilib. Bunlar, dayanıqlı və yüksək iqtisadi artımın dəstəklənməsi, təmiz ətraf mühitin və yaşıl artımın təmin olunması, süni intellekt və rəqəmsallaşma vasitəsilə dövlət xidmətlərinin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsidir",- deyə sədr vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 16 Noyabr 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















