Icma.az
close
up
RU
Azər Bağırov: “Belə vacib nüanslar bizə xallar qazandırır

Azər Bağırov: “Belə vacib nüanslar bizə xallar qazandırır

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"11 tur kifayət qədər böyük zaman kəsiyidir. Çempionatın üçdə biri geridə qalıb. Digər tərəfdən, bu il heyətinin 85 faizi yenilənmiş "Şamaxı" gördük". Bu sözləri Sport24.az-a "Şamaxı"nın baş məşqçisi Azər Bağırov deyib.
Təcrübəli mütəxəssis komandasının Misli Premyer Liqasında ilk dövrədəki çıxışını dəyərləndirib:
"Mövsüm başlamazdan əvvəl cəmi 20 gün vaxtımız var idi. Həmin müddəti yeni futbolçuların bir-birinə uyğunlaşmasına sərf etdik. Mənim üçün sevindirici məqam komandamızın "İmişli" ilə matça qədər sabit oyun nümayiş etdirməsi idi. Həmin görüşdən sonra "Neftçi" və "Sabah"la qarşılaşdıq. "Neftçi"yə məğlub olsaq da, yaxşı mübarizə apardıq. "Sabah"la oyunda da eyni mənzərənin şahidi olduq. Qol vurmağımız və daim rəqibin meydançasında olmağımız mənim üçün önəmlidir".
Bağırov daha çox xal toplaya bilmədiklərinə görə heyifsilənmədiyini bildirib:
"Təbii ki, xallarımızın daha çox olmasını istəyərdik, amma heyifsilənmək istəmirəm. İnanıram ki, komandamız ikinci dövrədə də yaxşı çıxış edərək xallar toplayacaq. Futbolçularımız bəzi məqamlarda meydanda nə etməli olduqlarını daha yaxşı dərk edirlər. Belə vacib nüanslar bizə xallar qazandırır. Mövsümün sonunda hansı nəticəni əldə edəcəyimizi zaman göstərəcək. Komandamız liderlik keyfiyyətlərini meydanda nümayiş etdirə bilsə, turnir cədvəlinin yuxarı pillələrində qərarlaşacağıq".
Qeyd edək ki, "Şamaxı" turnir cədvəlində 14 xalla 7-ci pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sport24.az
archiveBu xəbər 16 Noyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see316

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see307

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see302

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see302

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see299

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see290

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see287

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see281

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see281

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see255

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see254

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see249

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see247

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see246

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see241

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see236

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see234

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see234

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see230

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri