2030 cu il yaxınlaşır: dünya təbiəti qorumaq üçün vaxtla yarışır
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Oktyabrın 19-da Ermənistanın paytaxtı İrəvanda BMT-nin Biomüxtəliflik Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyası (COP17) öz işinə başlayıb. Oktyabrın 30-dək davam edəcək beynəlxalq toplantıda ölkələr təbiətin qorunması üzrə qlobal öhdəliklərin icrasını nəzərdən keçirəcək, biomüxtəlifliyin itirilməsinin qarşısını almaq üçün növbəti addımları müzakirə edəcəklər.
Reuters agentliyinin bu gün yaydığı məlumata görə, 2022-ci ildə qəbul edilmiş Kunminq-Monreal Qlobal Biomüxtəliflik Çərçivəsi 2030-cu ilədək qurunun və okeanların ən azı 30 faizinin qorunmasını hədəfləyir. Lakin BMT hesabatının layihəsi ölkələrin müəyyən edilmiş 23 hədəfdən 22-si üzrə lazımi irəliləyişə nail olmadığını göstərir. Bu mənzərə beynəlxalq ictimaiyyət qarşısında duran vəzifənin nə qədər ciddi olduğunu ortaya qoyur.
Konfransın gündəliyində maliyyə məsələsi də xüsusi yer tutur. Biomüxtəlifliyin qorunması üçün 2030-cu ilədək hər il ən azı 200 milyard dollar vəsaitin səfərbər edilməsi nəzərdə tutulur. Bununla yanaşı, təbiətə zərər vuran subsidiyaların illik 500 milyard dollar həcmində azaldılması və ya başqa istiqamətlərə yönəldilməsi zərurəti gündəmdədir.
Meşələrin qırılması, dayanıqsız kənd təsərrüfatı, kimyəvi pestisidlərdən istifadə və həddindən artıq balıq ovu ekosistemlərə təzyiqi artıran əsas amillər sırasındadır. Bu problemlər yalnız canlı növlərinin mövcudluğunu deyil, insanların ərzaq təminatını, su təhlükəsizliyini və iqtisadi sabitliyi də təhdid edir.
İrəvanda başlayan müzakirələrin əhəmiyyəti qəbul edilmiş vədlərin konkret nəticələrə çevrilməsi ilə ölçüləcək. 2030-cu ilə cəmi dörd il qaldığı bir vaxtda dünya ölkələri üçün əsas məsələ yeni öhdəliklər elan etməkdən daha çox, mövcud hədəflərin icrasını sürətləndirməkdir. Çünki təbiətin qorunması gələcəyə saxlanıla biləcək məsələ deyil - bu gün verilən qərarlar sabahın həyat şəraitini müəyyənləşdirir.
N.Adilqızı
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 19 Oktyabr 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















