Icma.az
close
up
RU
Yardımlıda Zəfər Günü münasibətilə bayram konserti keçirildi Fotolar

Yardımlıda Zəfər Günü münasibətilə bayram konserti keçirildi Fotolar

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yardımlı rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli bayram konserti təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov, Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatının sədri Anar Alışov, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra aparatının əməkdaşları, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İştirakçılar əvvəlcə Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək önünə tər çiçəklər düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov iştirakçıları Zəfər Bayramı münasibətilə təbrik edib. İcra başçısı Vətən müharibəsində qazanılan tarixi qələbədən, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik məharətindən, ordumuzun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq və rəşadətdən söz açıb. O vurğulayıb ki, 8 Noyabr Azərbaycan tarixinin qızıl səhifəsi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır. 44 günlük haqq savaşında Azərbaycan xalqının sarsılmaz birliyi, Prezidentin dəmir iradəsi və ordumuzun yenilməz gücü qarşısında düşmən diz çökməyə məcbur olub, 30 illik torpaq həsrətinə son qoyularaq ölkəmizin ərazi bütövlüyü tam bərpa edilib.

Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri, qazilər və Vətən müharibəsi iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Mədəni-kütləvi tədbir rayonun mədəniyyət və incəsənət xadimlərinin, musiqi kollektivlərinin, həmçinin gənc istedadların hazırladığı geniş bayram konserti ilə davam etdirilib. Proqramda rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığından və qazanılan tarixi Qələbədən bəhs edən vətənpərvərlik ruhunda mahnılar, melodiyalar və ədəbi-bədii kompozisiyalar yer alıb. Nümayiş olunan musiqi nömrələri, gənclərin və məktəblilərin ifasında səslənən qələbə nəğmələri, eləcə də xalq rəqsləri rayon sakinləri, şəhid ailələri və müharibə iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb.

Konsert proqramı başa çatdıqdan sonra tədbir ziyafət süfrəsi ilə davam etdirilib.
















Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Noyabr 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri