Icma.az
close
up
RU
2030 cu ilə qədər 17 hədəf

2030 cu ilə qədər 17 hədəf

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Asiya İnkişaf Bankı Xəzər, Qara dəniz və CAREC regionunda nəqliyyat dəhlizlərinə çoxmilyardlıq sərmayə yatıracaq

Asiya İnkişaf Bankı (AİB) çoxistiqamətli maliyyələşmə proqramı çərçivəsində investisiyaları hazırda yeni təşəbbüslərə - logistika və nəqliyyat layihələrinə, limanlara, gəmiçiliyə və multimodal logistik infrastrukturların modernləşməsinə yönəltmək niyyətindədir. Bankın baş nəqliyyat mütəxəssisi Adrian Sammons Bakıda keçirilən “Black and Caspian Freight Forum 2026: Corridors, Infrastructure, Investments” adlı 5-ci Beynəlxalq Konfrans və Sərgisində bildirib ki, Mərkəzi Asiya Regional Əməkdaşlıq (CAREC) Proqramı üzrə yeni layihənin əsas məqsədi maliyyələşdirilməsi iqlimə dayanıqlı limanları, logistikanı və gəmiçilik sektorlarının imkanlarını artırımasıdır. Layihə Xəzər, Qara dəniz və CAREC regionunda dayanıqlı ticarət koridorlarının qurulmasını və rəqəmsallaşdırılmasını nəzərdə tutur.

10 milyard dollardan çox investisiya

Bankın prezidenti Masato Kanda bir müddət əvvəl AİB-in Səmərqənddə keçirilən 59-cu İllik Toplantısında bəyan edib ki, Asiya Bankı 2030-cu ilə qədər Cənubi Qafqaz və Mərkəzi Asiyada regional bağlılığa, təmiz enerjiyə, rəqəmsal transformasiyaya və inklüziv infrastruktura 10 milyard dollardan çox sərmayə yatırmağı planlaşdırır. Yenilənmiş tərəfdaşlıq proqramına əsasən, bu region ölkələrində yeni texnologiyaların tətbiqini və rəqəmsal iqtisadiyyatı təşviq  edən layihələrin icrası və rəqəmsal transformasiyanın dərinləşməsi üçün inklüziv infrastrukturlara 10 milyard dollardan çox sərmayə yatırılacaq.

Qeyd edək ki, “Özəl Kapitalın Cəlb Edilməsi göstəricisinin hazırlanması və tətbiqinə dəstək” layihəsi çərçivəsində ilk maliyyə tranşı təsdiqlənib və icra olunacaq layihələrin maliyyə-investisiya dəyəri 100 milyon dollardan artıqdır. Növbəti layihələrin dəyəri isə AİB Qrupunun növbəti qərarları zamanı bəlli olacaq. Ümumilikdə, AİB-in Cənubi Qafqaz, Asiya və Sakit okean regionunda 2030-cu ilə qədər 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq üçün böyük hədəf prinsipləri nəzərdə tutulub.

CAREC proqramı üzrə maliyyə dəstəyi göstəriləcək

Masato Kanda bildirib ki, Asiya-Sakit okean və Xəzər regionu ölkələrinin dayanıqlı və inklüziv artımına kömək edən transsərhəd əlaqələrin gücləndirilməsi perspektiv fəaliyyət planının əsas prinsiplərindən biridir. Müasir sarsıntılar sərhədləri aşaraq enerji bazarları, təchizat zəncirləri və rəqəmsal şəbəkələr vasitəsilə sürətlə ötürülür və bir sıra icmalara zərbə vurur. Bu problemlərin həlli milli sərhədləri aşan əlaqələndirilmiş regional tədbirlər tələb edir. Ona görə də, AİB yeni baxış strategiyası çərçivəsində təkcə Asiya regionu ölkələrini deyil, Cənubi Qafqaz da daxil olmaqla böyük bir coğrafiyada inkişaf arxitekturasının qurulmasına davamlı dəstək verməyə çalışacaq. Eləcə də, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı vasitəsilə bölgədə davamlı inkişafı təmin edəcək digər layihələrin maliyyələşdirilməsi nəzərdə tutulur.

CAREC proqramı çərçivəsində 2030-cu ilə qədər inteqrasiya olunmuş ticarət gündəliyinin ikinci mərhələsi olan “Rəqəmsal ticarətin sürətləndirilməsi” layihəsinin həyata keçirilməsi üçün texniki şərtlər razaılaşdırılıb və təsdiqlənib. Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edəcək layihəni AİB-in yaxın tərəfdaşı olan Cənubi Koreyanın Elektron Asiya və Bilik Tərəfdaşlığı Fondu maliyyələşdirəcək. Layihə ticarət sənədlərinin rəqəmsallaşdırılmasını, rəqəmsal ticarət üzrə model qaydalarını, prinsip və standartlarını, sərhədlərarası məlumat axınını idarəetmə sisteminin və ödənişlərin təşviqini nəzərdə tutur.

“Maneəsiz Rəqəmsal Dəhliz”in maliyyə təchizatçısı

Asiya Bankı Orta Dəhlizin maliyyə donoru kimi də aktiv təchizatçı olacaq. Regional əməkdaşlığın genişləndirilməsində Orta Dəhlizin strateji əhəmiyyətinin artdığını diqqətə çatdıran A.Sammons qeyd edib ki, bu yolun əhəmiyyəti son dövrlərdə daha da artırır. Bank həmin dəhlizin altmodeli olan vahid multimodal xidmət - Rəqəmsal Ticarət Koridorunun (Digital Trade Corridor) yaradılmasını maliyyələşdirib ki, bu da “Avrasiya Nəqliyyat Marşrutu”nun rəqəmsallaşmasında və “Maneəsiz Rəqəmsal Dəhliz” sisteminin qurulmasında mühüm rol oynamaqdadır. Asiya Bankının kapital portfelinin böyük bir hissəsinin Çinin maliyyə donorluğu əsasında formalaşmasını nəzərə alsaq  “Bir kəmər, bir yol”un müəllifi kimi rəsmi Pekinin Orta Dəhlizdəki rəqəmsal infrastrukturların müasirləşməsinə böyük marağını başa düşmək mümkündür. Bu baxımdan AİB-in dəhlizi üzərində yerləşən ölkələrə, o cümlədən Azərbaycana dəmir yollarının rəqəmsallaşmasına dəstəyi də prioritet təşkil edir.

A.Sammons yeni maliyyələşdirmə tranşının Xəzər, Qara dəniz və CAREC regionunda strateji cəhətdən rəqabətədavamlı güclü nəqliyyat tranzitlərinin formalaşacağına əmindir. Yeni infrastrukturların qurulması real ticarət axınlarına cavab verən tranzitləri formalaşdıracaq. Eyni zamanda, icra edilən layihələr nəqliyyat koridorundakı kritik problemləri, xüsusən də müəyyən edilmiş maneələri - səmərəsiz sərhəd keçidləri, dəmir yolu, avtomobil yolu və ya limandakı ötürücülük qabiliyyəti məhdudiyyətləri, zəif multimodal əlaqələri aradan qaldıracaq. Həmçinin, rəqəmsallaşma şəffaf idarəetməni gücləndirəcək, səmərəli gömrük prosedurları sayəsində qurumlar arasında koordinasiya artacaq.

Ümumilikdə, Asiya Bankının yeni investisiya layihəsi Azərbaycan da daxil olmaqla böyük bir coğrafiyada nəqliyyat-logistika axıcılığını gücləndirəcək, iqtisadi cəhətdən əsaslandırılmış geniş ticarət keçidlərini təmin edəcək.

Layihə Azərbaycan- CARES ticari-logistik mübadiləsini genişləndirəcək

Yeni layihənin icrası e-ticarət qaydalarının asanlaşması sayəsində böyük bir coğrafiyada rəqəmsal habın formalaşmasını təmin etməklə Azərbaycanın CARES ölkələri ilə ticari-logistik mübadilələrini də genişləndirəcək. Xatırladaq ki, 2024-cü ildə Azərbaycan ilə CAREC-ə üzv dövlətlər arasında ticarət dövriyyəsi 5 milyard dolları ötüb və CAREC ölkələrinin Azərbaycanın ümumi xarici ticarətində payı 12 faizə çatıb. Eyni zamanda, respublikamız təşkilata üzv olan ölkələrin iqtisadiyyatına birbaşa 4,2 milyard dəyərində investisiya yatırıb, qarşı tərəfin də sərmayələrində artımlar baş verib. Hədəflər isə böyükdür və daha böyük ticarət dövriyyələrinin əldə olunmasıdır. Həmin hədəflərin reallaşması sayəsində Azərbaycan- CAREC ölkələri arasında ticarət, investisiya imkanları da xeyli artmış olacaq.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Sentyabr 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri