2030 cu ilədək 3 milyard insanın mənzilə ehtiyacı olacaq
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
2030-cu ilədək 3 milyard insanın mənzillərə çıxışa ehtiyacı olacaq.
"Ölkə.az" xəbər verir ki, bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Biznes Assambleyasında çıxışı zamanı Beynəlxalq Daşınmaz Əmlak Federasiyasının (FIABCI) prezidenti Antonio Kampaqnoli deyib.
O adekvat yaşayış yerlərinin yaradılmasının vacibliyini qeyd edib.
“Adekvat mənzil təminatında iqlim dəyişikliklərinin nəzərə alınması çox vacibdir. Daha çox mənzil tikmək ölkələr və hökumətlər qarşısında əsas məsuliyyət olmamalıdır. Bu prosesin planlaşdırma, xidmətlərə əlçatanlıq, iqlim dəyişikliyinin təsirləri nəzərə alınmaqla həyata keçirilməsi olduqca vacibdir. 2030-cu ilə qədər 3 milyard insan hökumətlərə, şəhərlərə, bazarlara və qurumlara təzyiq göstərərək təhlükəsiz, əlverişli və iqlimədavamlı mənzillərə çıxış tələb edəcək”, - deyə FIABCI-nin prezidenti əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 17 May 2026 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















