21 günlük minimum məzuniyyət müddəti pulla əvəz edilə bilməz Musa Quliyev
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
21 günlük minimum müddəti pulla əvəz edilə bilməz. Bu, yalnız əmək müqaviləsi ləğv edilərkən mümkündür”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin iclasında deyib.
O bildirib ki, istifadə edilməyən məzuniyyət günləri sonradan mübahisə mövzusuna çevrilir. Müzakirəyə təqdim olunan qanun layihəsində nəzərdə tutulan dəyişiklik bu məsələnin sistemli şəkildə həllinə yönəlib.
Məzuniyyətin istifadə edilməyən hissəsi yalnız tərəflərin razılığı ilə növbəti ilin məzuniyyətinə birləşdirilə bilər.
“İstifadə edilməmiş və növbəti ilə keçirilməmiş məzuniyyət günləri üçün işçinin yazılı və ya elektron ərizəsi əsasında kompensasiya ödənilir. Həmin günlər artıq itirilmir.
İkinci vacib dəyişiklik ondan ibarətdir ki, məzuniyyətin qanunla müəyyən edilmiş 21 günlük minimum müddəti pulla əvəz edilə bilməz. Bu, yalnız əmək müqaviləsi ləğv edilərkən mümkündür.
Başqa sözlə, işçinin istirahət hüququ pulla alınıb-satılan əmtəəyə çevrilmir, insanın sağlamlığı və ailəsi üçün vaxt qorunur. Əmək müqaviləsi ləğv edilərkən kompensasiya artıq yalnız əsas deyil, əlavə məzuniyyətlərə görə də ödənilrəcək. Eyni qaydalar gömrük, vergi və daxili işlər orqanlarında xidmət edən şəxslərə də şamil ediləcək”.
Baxış sayı:73
Bu xəbər 11 Noyabr 2026 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















