Azərbaycan hibrid iş modelinin tətbiqi ilə bağlı dəyişikliklər planlaşdırır
Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda hibrid iş modelinin tətbiqi ilə bağlı yeni dəyişikliklər nəzərdən keçirilə bilər.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, hazırkı mövqe ondan ibarətdir ki, normal iş vaxtının müddəti 8 saatdır: "Əvəzetmə qaydasında əmək müqaviləsi bağlanarkən isə iş vaxtı bunun yarısından çox olmamaqla, yəni 4 saatdan artıq olmamaq şərtilə müəyyən edilib. Bu, ümumi prinsip olaraq Əmək Məcəlləsində gündəlik iş vaxtının normasının maksimum həddinin 12 saat müəyyən edilməsindən irəli gəlir".
F. Heydərov qeyd edib ki, növbəti mərhələdə məsafədən işin və hibrid iş modelinin tətbiqi ilə bağlı məsələlərin müzakirəsi bu müddəaya yenidən baxılmasına şərait yarada bilər: "Bunun üçün beynəlxalq təcrübəni də araşdıracağıq. İllik əməkhaqqı ilə bağlı hazırda hər hansı dəyişiklik nəzərdə tutulmur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 11 Noyabr 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















