Icma.az
close
up
RU
Menu

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

21 illik yüksəliş marafonu yeni mərhələdə

21 illik yüksəliş marafonu yeni mərhələdə

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Ulu öndər Heydər Əliyevin ölkəmizin sosial-iqtisadi hədəflərini müəyyənləşdirən strategiyası artıq 21 ildir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədinə – qüdrətli Azərbaycanın davamlı yüksəlişinə xidmət edir. Dahi öndərimizin təməlini qoyduğu inkişaf və tərəqqi konsepsiyasına söykənən həmin strategiya müasir mərhələdə yeni keyfiyyət və kəmiyyət çalarları ilə getdikcə zənginləşir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin son 21 ilində ölkəmiz dünya birliyində öz layiqli yerini tutaraq iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevirilib. Dövlətimizin başçısının müdrik siyasəti ilə ölkəmizin ərazi bütövlüyü bərpa edilib, güclü milli iqtisadiyyata əsaslanılaraq regionumuzda sülh, əmin-amanlıq və inkişaf üçün yeni şərait yaradılıb.

Ötən illər ərzində respublikamızın sosial-iqtisadi inkişafının sürətləndirilməsi daim diqqət mərkəzində saxlanılıb. Ölkə rəhbəri İlham Əliyevin prezidentlik fəaliyyətində qəbul etdiyi ilk mühüm qərar da bu sahə ilə bağlı olub: Dövlətimizin başçısı tərəfindən “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərman imzalanıb və bununla da respublikanın hərtərəfli inkişafına dair davamlı və sistemli proqramların əsası qoyulub, sosial-iqtisadi inkişafın real dinamikası gerçəkləşdirilib.

Adıçəkilən tarixi sənədin davamı olaraq Prezident İlham Əliyev 2004-cü ildən başlayaraq Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı üzrə 4 dövlət proqramı imzalayıb. Bu proqramlar çərçivəsində 100 milyard manatdan çox investisiya qoyulub və nəticəsdə regionların siması müasirləşib, əhalinin rifahı getdikcə yaxşılaşıb.

Ötən illər ərzində Ulu öndər Heydər Əliyevin neft strategiyası uğurla davam etdirilib. 2006-cı il iyulun 13-də dahi şəxsiyyətin adını daşıyan nəhəng Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin açılışı olub və həmin ilin dekabrın 15-də “Şahdəniz” yatağında ilk quyu istismara verilib. Sonrakı illərdə “Ümid”, “Babək” və “Abşeron” yataqlarının kəşfi ilə Azərbaycanın böyük qaz ehtiyatlarına sahib olduğu təsdiqlənib. Bununla da, Azərbaycanın təbii resurslar tarixində yeni bir səhifə açılıb. 2014-cü il sentyabrın 20-də isə Səngəçal terminalında “Cənub Qaz Dəhlizi” layihəsinin təməli qoyulub.

Prezident İlham Əliyevin gərgin fəaliyyəti və ardıcıl səyləri ilə Bakı –Tbilisi – Ceyhan neft kəmərindən sonra, Bakı–Tbilisi–Ərzurum, TANAP, TAP kimi transmilli qaz arteriyaları yaradılıb. Bununla da dünyanın enerji xəritəsində yeni mənzərə formalaşıb. 2017-ci il sentyabrın 14-də isə Prezident İlham Əliyevin səyi ilə Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng Azəri – Çıraq – Günəşli neft yataqları blokunun 2050-ci ilə qədər işlənilməsində yeni dövr başlayıb. Nəhayət, 2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans – Adriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya ixracı reallaşıb.

Belə irimiqyaslı neft və qaz layihələri ilə yanaşı, 2017-ci ildə Bakı–Tbilisi– Qars dəmir yolunun istismara verilməsi, 2018-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və 2023-cü ildə Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan və Bakı regionun ən böyük ticarət və logistika mərkəzinə, Şimal – Cənub, Şərq – Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrilib. Həyata keçirilən geniş miqyaslı layihələr nəticəsində Azərbaycan regionda ən böyük mülki hava, Xəzər dənizində isə ən böyük dəniz yük donanmalarına malik ölkə kimi tanınıb.

Prezident İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti sayəsində Azərbaycan bu gün qlobal proseslərin mənfi təsirindən minimum itkilərlə çıxan azsaylı ölkələrdən biri olmaqla yanaşı, beynəlxalq əhəmiyyətli strateji, enerji, nəqliyyat, logistika və kommunikasiya qovşağına, investorların maraq mərkəzinə çevrilib.

Neft-qaz ölkəsi olan Azərbaycan hazırda “yaşıl” enerji növlərinin gerçəkləşdirilməsini və “yaşıl” enerjinin dünya bazarlarına nəqlini enerji siyasətinin yeni prioritet istiqaməti kimi diqqətdə saxlayır. Respublikamızda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ekoloji problemlərin operativ həllinə, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaradır. Bunun nəticəsidir ki, ölkəmizdə təmiz ekoloji mühitin gerçəkləşdirilməsi məqsədilə mövcud təbii resursların dayanıqlı və səmərəli istifadəsi, tullantıların idarə edilməsi ilə bağlı infrastrukturun yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

COP29-un tarixi nəticələri

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) beynəlxalq aləmdə 2024-cü ilin ən nüfuzlu konfransı kimi dəyərləndirildi. Ötən ilin dekabrında, təxminən, 200 dövlətin yekdil qərarı ilə bu tədbirə ev sahibliyinin Azərbaycana həvalə olunması Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin və ölkəmizə çox böyük etimadın, yüksək inamın göstəricisi idi. “Yaşıl dünya naminə həmrəylik ili”ndə keçirilən COP29-un təşkili üçün cəmi 10 ay vaxt sərf edildi. Bu qısa müddətdə 70 mindən çox insanı qəbul etmək üçün şərait yaradıldı. Onları yerləşdirmək, mehmanxana fondunun sertifikatlaşdırılmasını yenidən aparmaq uğurla reallaşdırıldı.

Azərbaycan COP29-a uğurla rəhbərlik etməsi ilə bir daha bütün dünyaya göstərdi ki, beynəlxalq aləmdə ciddi narahatlıq doğuran məsələlərin müzakirəsi üçün əlverişli məkan, ən mürəkkəb, genişmiqyaslı tədbirləri yüksək səviyyədə təşkil edə və zəruri nəticələrin gerçəkləşdirilməsinə dəyərli töhfələr verə bilən bir ölkə, ideal bir platformadır. Respublikamızda qurulan müasir infrastruktur, dövlətin təşkilatçılıq təcrübəsi və yüksək təhlükəsizlik təminatı bu nüfuzlu konfransın uğurla yekunlaşmasını şərtləndirən əsas amillər sırasında xüsusi diqqət çəkir.

COP29 bir sıra məqamları ilə yadda qaldı. Əvvəla bu iqlim konfransında taleyüklü məsələnin–iqlim dəyişikliyi ilə bağlı mübarizənin müzakirəsi aydın və hərtərəfli şəkildə gerçəkləşdirildi, ölkələrin daha səmərəli əməkdaşlığı istiqamətində gələcəkdə dəyərli layihələrin həyata keçirilməsinə imza atıldı, yeni dostluq, əməkdaşlıq, sülh körpülərinin qurulmasına əlverişli zəmin yaradıldı. Bütün bunlarla bərabər, xalqımızın qonaqpərvərliyi iqlim sessiyasının iştirakçılarında xoş təəssürat doğurdu.

Eyni zamanda, Azərbaycanın belə bir nüfuzlu konfransı yüksək səviyyədə keçirməsi, 76 min nəfərin heç bir problemlə üzləşmədən sessiyada fəal, səmərəli iştirakına əlverişli şərait yaradılması, onların məişət məsələlərinin diqqət mərkəzində saxlanılması ölkəmizin dünya siyasətinin ön cərgəsindəki mövqeyini daha da möhkəmləndirdi, beynəlxalq ictimaiyyətin respublikamıza olan hörmət və etimadını daha da gücləndirdi. Bütün bunlarla yanaşı, beynəlxalq ictimaiyyət iqlim konfransı ilə Azərbaycanın regionda sülh, inkişaf və əməkdaşlıq naminə yorulmaz fəaliyyətinin və bu istiqamətdə irəli sürdüyü dəyərli təşəbbüslərin şahidi oldu.

Azərbaycanın bu gün iqlim dəyişikliklərinə qarşı mübarizədə həyata keçirdiyi layihələr beynəlxalq aləmdə təqdir edilir və bu sahənin sürətli inkişafına yeni investisiyaların cəlbi ilə müşahidə olunur. Neft–qaz ölkəsi olan respublikamızda ətraf mühitin yaxşılaşdırılması ilə bağlı çağırışlara da yüksək səviyyədə reaksiya verilir. Belə ki, 2030-cu ilə qədər istilik effekti yaradan qazların həcminin ölkəmizdə 35 faizə qədər azaldılması nəzərdə tutulur. O cümlədən, sürətlə bərpaolunan enerji sahələri yaradılır və 2030-cu ilə qədər istehsal edilən elektrik enerjisinin 30 faizinin “yaşıl” enerji üzərinə keçirilməsi ilə bağlı könüllü öhdəlik diqqətdə saxlanılır. Bu məqsədlə günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı layihələr davamlı olaraq reallaşdırılır. Ölkəmizdə “yaşıl” enerji sahələrinin genişləndirilməsi ilə əlaqədar təcrübəsi olan dünyanın aparıcı şirkətləri ilə sazişlər imzalanır.

COP29-un yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər, Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha sübuta yetirdi. Rəsmi Bakı iki həftə davam edən qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı toplantının dünya ölkələrinin, xüsusilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etdi. BMT-nin Baş katibi Antonio Quterreş tədbirlə bağlı bəyanat verdi, COP29-da əldə olunmuş razılaşmanın iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyduğunu, qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət daşıdığını bildirdi.

Qarabağ cənnətə çevrilir

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərin yenidən salınması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi fəallığın təmin olunmasına xidmət edir.

Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan öz imkanları hesabına həyata keçirir. Yaxın 3 ildə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir əyani göstəricisinə çevrilir.

Qarabağ və Şərqi Zəngəzurda salınan “ağıllı kənd”lərdə “ağıllı” texnologiyalardan istifadə edilir. “Yaşıl” enerjidən istifadə olunmaqla kanalizasiya təmizləmə qurğuları quraşdırılır. Bütün növ qənaətli texnologiyalar “ağıllı kənd” konsepsiyası çərçivəsində tətbiq edilir. Evlərin inşası zamanı təbii materiallardan, “smart” texnologiyaların istifadə olunur.

Hazırda işğaldan azad edilən ərazilərdə ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgələrdə reallaşdırılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.

Bütün bunlarla bərabər, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası məqsədilə mühüm tədbirlər həyata keçirilir. Erməni faşizmi tərəfindən tamamilə dağıdılan iqtisadiyyatın qurulması üçün iqtisadi fəaliyyətin canlanması sürətləndirilir və əlverişli biznes mühitinin formalaşdırılması təmin edilir.

İqtisadi inkişafın Azərbaycan modeli

Son 21 ildə iqtisadi artım dinamikasına dair rəqəmlər Azərbaycanın inkişaf mənzəsi haqqında aydın təsəvvür yaradır. Belə ki, “Güclü iqtisadiyyat ən önəmli şərtdir” deyən Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM), təxminən, 4 dəfə artıb. Dövlət başçısının iqtisadiyyatın şaxələndirilməsi çağırışı istiqamətdə görülən işlər nəticəsində qeyri-neft sektoru üzrə ÜDM 3,4 dəfəyə yüksəlib.

Bu il də Azərbaycan iqtisadiyyatı üçün gözləntilər, əldə edilmiş nəticələr və iqtisadi göstəricilər dövlətimizin başçısının proqnozlarını doğruldub. Prezident İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışı zamanı bu məsələyə toxunaraq il ərzində Azərbaycanın iqtisadi artım templərinin inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələdiyini vurğulayıb. Dövlətimizin başçısının həyata keçirdiyi siyasət nəticəsində 2024-cü ilin 11 ayında iqtisadi artım 4,1 faiz təşkil edib, o cümlədən, qeyri–neft sektoru 6,4 faiz artıb. Ölkənin strateji valyuta ehtiyatları 72 milyard ABŞ dollarını ötüb. Azərbaycanın birbaşa xarici dövlət borcu ÜDM-in cəmi 7,3 faizini təşkil edir. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir.

Xarici investisiyaların ölkəmizə, xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçirilir. Ənənəvi sənaye mərkəzlərimizdə, sənaye parklarımızda yeni müəssisələr açılır. Eyni zamanda, azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parkları yaradılır.

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 13 faizə yaxın artırıb. Bu il oktyabrın 1-nə respublikamızın strateji valyuta ehtiyatları 73 milyard 493,4 milyon ABŞ dolları təşkil edib. Bunun 83,95 faizi və yaxud 61 milyard 697,6 milyon ABŞ dolları Dövlət Neft Fondunun, 16,05 faizi və yaxud 11 milyard 795,8 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının payına düşüb.

Bu il oktyabrın 1-nə Dövlət Neft Fondunun vəsaitləri ilin əvvəlinə nisbətən 10 faiz artaraq 61 milyard 697,6 milyon ABŞ dolları təşkil edib. Məlumata görə, yanvar–sentyabr aylarında fondun büdcə gəlirləri 15 milyard 4 milyon manat, xərcləri isə 9 milyard 634,5 milyon manat olub.

Hesabat dövründə fond 2024-cü il büdcəsinin icrası çərçivəsində 9 milyard 585,8 milyon manat vəsaiti dövlət büdcəsinə transfert edib, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 18 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə 10,8 milyon manat yönəldib.

V.BAYRAMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Dekabr 2024 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see422

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see417

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see348

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see323

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see320

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see293

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see275

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see261

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see247

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see235

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see234

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see233

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see232

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see205

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see164

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri