22 illik inadkarlıq amerikalıya 3,5 milyon dollar qazandırdı
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-nin Ohayo ştatının sakini inanılmaz bir uğura imza atıb. O, düz 22 il ərzində eyni lotereya rəqəmlərindən istifadə edərək nəhayət ki, cekpotu qazanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Classic Lotto"nun rəsmi saytında məlumat verilib.
Fevralın əvvəlində alıdığı bilet ohaylo şəxsə böyük sərvət gətirib.
Qalib hər zaman əzbər bildiyi 6-8-16-20-26-45 kombinasiyasından istifadə edib. Amerikalı bildirib ki, bu rəqəmlər ona əvvəllər yalnız kiçik uduşlar gətirsə də, "tərs" xasiyyəti olduğu üçün oynamağa davam edib.
Fevralın 4-də alınan şanslı bilet sahibinə 3.5 milyon dollar qazandırıb. Yeni milyonçu əldə etdiyi vəsait hesabına hovuzlu ev almağı və şəxsi idman zalı açmağı planlaşdırır. Maraqlıdır ki, o, uduşdan dərhal sonra işindən də ayrılıb.
Baxış sayı:136
Bu xəbər 18 Fevral 2026 06:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















