Icma.az
close
up
RU
22 iyul: Sözlə vətən yaradanların bayramı

22 iyul: Sözlə vətən yaradanların bayramı

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin çap olunması ilə milli mətbuatın əsası qoyulub. 

Bu qəzet Azərbaycan dilində nəşr olunmağa başlamış milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşüb. 1877-ci ilin sentyabrına qədər cəmi 56 sayı işıq üzü görən “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının təşəkkül tapmasında və inkişafında əvəzsiz rol oynayıb. 

Qəzet maarifçilik missiyasını üzərinə götürməklə qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında xeyli populyar olub. Milli mətbuatın yaranması cəmiyyətin inkişafına böyük töhfələr verib. 

1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına da birbaşa təsir edib, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərib. Bu il artıq milli mətbuatımızın yaranmasının 150 ili tamam olur.  150 il öncə Həsən bəy Zərdabinin “Əkinçi” ilə başlatdığı bu tarixi missiya günümüzdə də uğurla davam etdirilir.

Milli Məclisin deputatı Elnarə Akimova “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, mətbuat milli oyanışın əsasında dayanan, milli məfkurəmizin istiqamətini yaradan böyük bir tarixi proses idi: 

“Əlbəttə ki, “Əkinçi” qəzetinin nəşr olunması bu gün də qürur və iftixar hissi ilə anılır. 22 iyul 1875-ci ildə yaradılan “Əkinçi” qəzeti o vaxtdan bizim üçün işıq qaynağına çevrilib. Bu qəzet Həsən bəy Zərdabinin böyük dirəniş və müqavimət əzminin nəticəsi olaraq ərsəyə gəlib. 

Həmin dövrdə böyük bir maarifçi dalğa yaranmışdı. Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı və Mirzə Şəfi Vazehdən başlayan maarifçi dalğa XIX əsrin ortalarında Mirzə Fətəli Axundzadənin yaradıcı dühasında pöhrələndi”. 

Millət vəkili qeyd edib ki, “Əkinçi” qəzetinin yaranması ədəbiyyata da birbaşa müsbət təsir etdi: 

“Nəticədə, ədəbi janrlar inkişaf etdi. O dövrdə Qərblə Şərq arasında körpü qurulmağa başlamışdı. Belə bir dövrdə Həsən bəy Zərdabi məhz mətbuatın yaranmasının önəmini hiss edirdi. O, 1873-cü ildə ilk milli teatrın yaradıcısı idi. Lakin düşünürdü ki, xalqa xitab etməyin yolu məhz mətbuatdan keçir. 

Həsən bəy Zərdabi insanları maarifləndirmək üçün bu ağır yolun yolçusu olaraq mətbuatı yaratdı. O düşünürdü ki, mətbuatın yaranması milli şüurun, milli düşüncənin və milli tərəqqi hərəkatının yaranmasına zəmin verə biləcək. Həqiqətən də belə oldu. Bugünün reallığından baxanda Həsən bəy Zərdabinin o dönəm necə böyük bir iş gördüyünü daha yaxşı bilirik”. 

Həmsöhbətimiz vurğulayıb ki, bu gün “Əkinçi” qəzetinin yeri və rolu, özündən sonra göstərmiş olduğu təsirin hüdudları Həsən bəy Zərdabinin nə qədər böyük bir missiya daşıyıcısı olduğunu ortaya qoyur: 

“Nəzərə almaq lazımdır ki, “Əkinçi”dən sonra “Kəşkül”, “Tərcüman”, “Şərqi-rus”, “Həyat” qəzeti və “Füyuzat” jurnalı çıxdı. Bunların hər biri türk coğrafiyasının milli kimlik və milli şüur məsələsini sistemli olaraq gündəmə gətirdi. Bütünlükdə XX əsrin aydınlarının yaratdığı o məfkurə bu gün sanki özünün zirvə məqamını yaşamaqdadır. 

Mirzə Bala Məmmədzadənin bir sözünü də xatırlatmaq istəyirəm. O deyirdi ki, Həsən bəy Zərdabi və Mirzə Fətəli Axundzadə 50 il sonra dünyaya gəlsəydilər, istiqlal tarixi və İstiqlal Bəyannaməsi də 50 il sonra meydana gələcəkdi. Yəni onların xidmətləri bu dərəcədə misilsizdir”. 

Deputat qeyd edib ki, Ümumilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra klassik irsimizə diqqət göstərdi: 

“Ulu Öndər tarixi yaddaşımızın bərpası yönündə, eləcə də azərbaycançılıq ruhunun, türk əxlaqının millətə qaytarılması istiqamətində sistemli işlər gördü. O, mətbuatın inkişafında da böyük bir rol oynadı. Bu gün də Prezident İlham Əliyevin dövlətçilik siyasətində həmin azərbaycançılıq ruhu qorunur. Üstəlik, İlham Əliyev həmişə qələmə böyük hörmət edib. 

Cənab Prezidentin siyasətində keçmişindən qopmamaq və dəyərlərini itirməmək var. Milli məfkurə və milli şüur Prezident İlham Əliyevin bu gün də sədaqətlə qoruduğu ən böyük sərvətlərdən biridir”. 

Elnarə Akimovanın sözlərinə görə, bu gün medianın qarşısında bir sıra vəzifələr durur: 

“Bu gün peşəkarlıq, etika, məsuliyyət kimi məsələlərdə bir qədər ehtiyatlı davranmalıyıq. Hesab edirəm ki, media savadlılığını artırmaq və milli şüuru gücləndirmək lazımdır. 

Çünki medianın savadlılığı oxucunun da savadlılığı deməkdir. Biz bu gün maarifçi və savadlı oxucu kütləsi yetişdirməliyik. Sonda onu da vurğulayım ki, 150 il öncə yaradılan milli mətbuat həqiqətən də böyük əməl sahiblərinin, sözlə vətən yaradanların bayramıdır. Bu şərəfli yolda xidmət edənləri təbrik edirəm”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Milli Mətbuat Əkinçi qəzeti Deputat Elnarə Akimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 İyul 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri