Icma.az
close
up
RU
Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Dekabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilmiş, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov kollektivə təqdim olunub.


Qaynarinfo xəbər verir ki, Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Elşad Əliyev Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin vəzifəsindən azad edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarını və Rəşadət Qurban oğlu Nabatovun Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamını kollektivin diqqətinə çatdırıb. Qeyd edib ki,  səhiyyə naziri vəziələrinin müvəqqəti icrası Rəşadət Nabatova həvalə edilib.

Elşad Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu sosial-iqtisadi islahatlardan, xüsusilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edib. Vurğulayıb ki, səhiyyənin müasir tələblər əsasında inkişafı dövlət proqramında əsas prioritetlərdən biri kimi müəyyən edilsə də səhiyyə sektorunda  nəzərdə tutulan vəzifələrin icrasında gecikmələr və qeyri-dəqiqliklər müşahidə olunub.

Mövcud imkanlardan daha effektiv yararlanaraq, qarşıya qoyulan tapşırıqları operativ və düzgün həyata keçirilməli, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti müasir tələblərə uyğunlaşdırılmalıdır. Baş nazirin birinci müavini bu işlərin icrasında kollektivə uğurlar arzulayıb.

Rəşadət Nabatov göstərilən yüksək etimada görə minnətdarlığını bildirib. 

Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi Rəsmiyyə Həşimova kollektiv adından çıxış edərək səhiyyənin davamlı inkişafı istiqamətində aparılan islahatlara görə dövlətmizə minnətdarlıq edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:412
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Dekabr 2025 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see284

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see261

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see174

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see173

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see159

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see147

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see142

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see137

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see135

Ukrayna cəbhədə PUA lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib Forbes dən detallar

12 Dekabr 2025 18:13see135

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see132

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see130

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see128

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see126

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see125

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see124

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see123

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see123

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see123

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri