2,2 manata xaricə ixrac olunan pomidor əhaliyə 3,8 manata satılıb
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Bu ilin aprel ayında Azərbaycan xarici ölkələrə ümumi dəyəri 30 milyon 48,3 min dollar olan 23 min 402,6 ton təzə və ya soyudulmuş pomidor ixrac edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan pomidorun 1 kiloqramının orta gömrük dəyəri 1,28 dollar (2,18 manat) təşkil edib.
Qeyd edək ki, aprel ayında pomidor ən çox Rusiyaya (21 520,3 ton), Gürcüstana (1 201,5 ton) və Belarusa (409 ton), ən az isə Almaniyaya (18,2 ton) və Moldovaya (35,7 ton) ixrac olunub.
Pomidorun aprel ayında ixrac edildiyi ölkələr, ixrac həcmi və 1 kiloqramının orta gömrük dəyəri belə olub:
Rusiya – 21 520,3 ton (2,39 manat);
Gürcüstan – 1 201,5 ton (1,21 manat);
Belarus – 409 ton (4,54 manat);
Ukrayna – 183 ton (1,59 manat);
Moldova – 35,7 ton (2,03 manat);
Polşa – 35 ton (2,42 manat);
Almaniya – 18,2 ton (2,69 manat).
Məlumat üçün bildirək ki, bu ilin aprel ayında Azərbaycanın daxili bazarında 1 kiloqram pomidorun orta pərakəndə satış qiyməti 3,8 manat olub.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Xaricə 2 manata ixrac olunan pomidor Bakıda 6 manata SATILIR QİYMƏT MÜƏMMASI
18 Aprel 2025 12:27
Elektrik enerjisi xaricə 8,9 qəpiyə, əhaliyə isə 11,1 qəpiyə satılıb
16 Sentyabr 2026 17:16
Elektrik enerjisi xaricə 9,4 qəpiyə, əhaliyə isə 11 qəpiyə satılıb Rəsmi
18 Fevral 2025 10:03
Üzərliklə bağlı əhaliyə XƏBƏRDARLIQ Xaricə aparmayın!
30 İyul 2025 17:51
Baxış sayı:129
Bu xəbər 28 İyun 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















