Icma.az
close
up
RU
22 yaşlı gəncə ən ağır cəza verildi Səbəb

22 yaşlı gəncə ən ağır cəza verildi Səbəb

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Üç il əvvəl Tovuz rayonunda iki ahıl qadını öldürüb evi yandırmaqda ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dəhşətli cinayətdə təqsirli bilinənlərdən biri qanunun icazə verdiyi ən ağır cəzaya məhkum edilib.

Cinayət işində əsas epizod üç il əvvəl Tovuzun İbrahimhacılı kəndində 68 yaşlı Yaqut Quliyevanın evində yanğın baş verməsi ilə başlayır. Həmin yanğın nəticəsində evin böyük hissəsi külə dönüb. Yanğın söndürüldükdən sonra Yaqut Quliyeva və yaxın qonşusu – 70 yaşlı Həqiqət Cabbarovanın yanmış meyitləri aşkar edilib.

Prokurorluğun keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin üstü isti izlərlə açılıb. 19 yaşlı Elcan Bağırov və 17 yaşlı Q.Quliyev oğurluq məqsədilə evə giriblər. Yaşlı qadınların onları görməsi səbəbindən hər iki şəxsi bıçaqla öldürdükləri, sonra izlərini gizlətmək üçün evi yandırdıqları müəyyən edilib.

Bu əmələ görə, təqsirləndirilən şəxslərə bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə, quldurluq və ya hədə-qorxu ilə iki nəfəri öldürmə maddələri ilə ittiham elan edilib. Davam edən araşdırmalar Elcan və Q.Quliyevin başqa cinayətlərini də üzə çıxarıb. Onlar Anar, Samir, Roma, Naməddin və Novruz adlı kənd sakinləri ilə əlbir olaraq əvvəlki vaxtlarda da ətraf rayonlarda və kənddə müxtəlif oğurluq cinayətləri törədiblər. İttihamlar məhkəmə istintaqı zamanı toplanmış sübutlarla da təsdiqini tapıb.

Məhkəmə hazırda 22 və 20 yaşı olan gənclərə heç bir güzəşt tətbiq etməyərək onları ən ağır şəkildə cəzalandırıb.

Hökmə əsasən, Elcan Bağırov ömürlük, Q.Quliyev 10 il müddətinə (yetkinlik yaşına çatmayanlar üçün qanunun icazə verdiyi ən ağır cəza-red) azadlıqdan məhrum edilib. Oğurluqda təqsirli bilinən digər dəstə üzvlərinə isə 2 ildən 9 il 6 aya qədər həbs cəzası verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Avqust 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see532

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see407

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see262

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see219

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see215

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see201

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see194

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see181

Qızılın bahalaşmasının əsas səbəbi geosiyasi risklərdir İQTİSADÇI

07 Avqust 2026 14:08see180

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see177

Prezidentlər Ağ Evin sahibi deyil, yalnız müvəqqəti sakinidir Trampa ŞOK

08 Avqust 2026 06:06see169

Kişiləri maqnit kimi özlərinə cəlb edən BÜRCLƏRİN qadınları

08 Avqust 2026 09:10see168

Çay deyil, plastik içirsiniz Ən sağlam çay dəmləmə üsulu

08 Avqust 2026 05:05see161

Bir ay yuyulmadan geyinilə bilən futbolka hazırlandı

07 Avqust 2026 04:56see159

Beş meymun hekayəsi

07 Avqust 2026 22:15see153

AL: “Beşiktaş”dan səfər qələbəsi YENİLƏNİB

07 Avqust 2026 23:58see152

“Ərzurumspor” Nərimanı belə qarşıladı Video

08 Avqust 2026 00:22see151

İyulun ən güclü Android telefonları açıqlandı Lider təəccübləndirir

08 Avqust 2026 00:26see151

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

08 Avqust 2026 06:07see150

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub

08 Avqust 2026 04:33see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri