Ağ Evin mətbuat katibi vəzifəsinə mümkün namizədlərin adları açıqlanıb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Konservativ televiziya və radio aparıcısı Ben Ferqyuson Ağ Evin mətbuat katibi təyin oluna bilər.
Bu barədə “Fox News” telekanalı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp CNN-in konservativ şərhçisi Skott Cenninqsin namizədliyini də nəzərdən keçirir.
Digər mümkün namizədlər arasında Ağ Evin kommunikasiya direktoru Stiven Çun, “Breitbart News” portalının Vaşinqton bürosunun rəhbəri Metyu Boyl və Corc Buş administrasiyasının keçmiş mətbuat katibi Ari Fleyşer də var.
Telekanal qeyd edib ki, Ağ Evin son yeddi mətbuat katibi qadın olub. Bu vəzifəni tutan sonuncu kişi Şon Spayser olub.
O, Trampın ilk prezidentlik dövründə, 2017-ci ilin yanvar-iyun aylarında bu vəzifədə çalışıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 11 Noyabr 2026 01:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















