Icma.az
close
up
RU
220 min manatını ələ keçirməkdə ittiham edilən şəxs azadlığa buraxıldı

220 min manatını ələ keçirməkdə ittiham edilən şəxs azadlığa buraxıldı

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Müqayis Əsədlinin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Tribuna.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Ona 190 000 min manat ziyana görə ittiham verilmiş 2012-ci il tarixli 1-ci epizod üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə cəza təyin edilməyib. Müqayis Əsədli Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 30 000 min manat ziyana görə ittiham verilmiş 2-ci epizod üzrə cinayət təqibinə ziyanı tam ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından cinayət məsuliyyətindən azad olunub və barəsində olan cinayət təqibinə xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunub. İş üzrə zərərçəkmiş şəxslərdən birinin mülki iddiası tam təmin olunub və 313 500 manat məbləğində pul və 604 manat məbləğində ödənilmiş dövlət rüsumu təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmiş şəxsə ödənilməsi hökm edilib.

İttihama görə, Müqayis Əsədli tanışı olan zərərçəkmiş F.F.-in (adı, soyadı şərtidir) etibarından istifadə edərək, guya sərmayə qoyulması halında böyük gəlir əldə ediləcəyini və məktəb tikintisi üzrə tenderdə qalib gələcəyi barədə yalan məlumat verib. Bu məqsədlə o, zərərçəkmişə tikinti layihəsinin ona həvalə olunacağını və layihə icra edildiyi təqdirdə yüksək qazanc əldə ediləcəyini vəd edib. İstintaq sənədlərində göstərilir ki, təqsirləndirilən şəxs bu vədlərlə zərərçəkmişi aldadaraq, 06 iyun 2012-ci il tarixdə Samux rayonunun inzibati ərazisində yerləşən “Ceyranlar” abidəsinin yaxınlığında ondan 190 000 manat nağd pul alıb və mənimsəyib.

Bundan başqa, istintaq materiallarında qeyd olunur ki, Müqayis Əsədli digər şəxsi – P.P-ni (adı, soyadı şərtidir) də aldadaraq, yüksək vəzifəli şəxslərlə əlaqələri vasitəsilə onun övladını Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə işə qəbul edilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verib. Bu məqsədlə o, 2021-ci ilin iyun ayının sonlarında Bakı şəhərində və 2022-ci ilin avqust ayında “Yevlax” avtovağzalının qarşısında zərərçəkmişdən iki mərhələdə ümumilikdə 30 000 manat nağd pul alıb.

Məhkəmə istintaqı zamanı Müqayis Əsədli ona irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bildiyini, yalnız ikinci epizod üzrə – yəni 30 000 manat məbləğində pul vəsaitinin alınması faktına görə məsuliyyətini qəbul etdiyini ifadə edib. O, birinci epizod üzrə – 190 000 manatın alınması ilə bağlı iddiaları qətiyyətlə rədd edərək, nə həmin məbləğin verilməsi, nə də belə bir sövdələşmənin mövcud olduğunu deyib.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, zərərçəkmiş F.F. ilə iş birliyi 2012-ci ilə qədər müxtəlif layihələr üzərində davam edib, tərəflər arasında ödənişlər qarşılıqlı şəkildə həyata keçirilib və borc öhdəlikləri mövcud olmayıb. O, iri məbləğdə pul alması barədə ittihamları əsassız sayıb, bu barədə heç zaman razılaşma və ya söhbət aparmadığını qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 04 Dekabr 2025 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2054

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see233

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see205

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see202

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see164

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see161

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see137

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see136

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see130

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri