Icma.az
close
up
RU
23 Mart Ümumdünya Meteorologiya Günüdür

23 Mart Ümumdünya Meteorologiya Günüdür

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Martın 23-ü Ümumdünya Meteorologiya Günüdür.

Bu xüsusi gün Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən təsis olunub.

Təşkilat 1950-ci ilin məhz həmin günü atmosfer hadisələrini, okeanların atmosferlə əlaqəsini, iqlim və su resurslarının Yer üzərində paylanmasının nəticəsini öyrənmək üçün ixtisaslaşmış orqan kimi yaradılıb.

Təşkilatın mərkəzi İsveçrənin Cenevrə şəhərində yerləşir.

Təşkilata üzv olan 193 meteoroloji qurum tərəfindən qeyd edilən Ümumdünya Meteorologiya Günü 1961-ci ildən etibarən təqvimə salınıb. Bu günün qeyd edilməsində məqsəd əhalinin sağlamlığının təminində meteorologiya və meteoroloji xidmətin mühümlüyünə diqqət çəkmək, insanların fikrini bəşəriyyətin üzləşdiyi ən ciddi problemlərdən biri olan iqlim dəyişikliklərinə, onların səbəb və nəticələrinə, o cümlədən qarşısının alınmasına yönəltməkdir. Hər ilin bu günü insanlara 38 meteoroloji xidmətin mənasını başa salan yeni şüar seçilir. Bu ilin devizi "Erkən xəbərdarlıq və erkən hərəkət"dir.

Azərbaycan Respublikası 1993-cü ildən Ümumdünya Meteorologiya Təşkilatının Konvensiyasına qoşulub və bu konvensiyadan irəli gələn bütün tələblərə əməl edərək, mütəmadi olaraq meteoroloji, hidroloji, iqlim müşahidələri aparır, məlumatların beynəlxalq və regional mübadiləsini təmin edərək, təşkilatın qəbul etdiyi qərarları icra edir.

Azərbaycanda hidrometeoroloji müşahidələrin təşkili, proqnozlar və xəbərdarlıqların hazırlanmasını və yayımlanmasını təmin edən qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətidir. Xidmətin operativ bölməsi olan Hidrometeoroloji Proqnozlar Bürosunda gündəlik operativ olaraq hər 3 saatdan bir havanın parametrləri - temperatur, yağıntı, görünüş, rütubətlilik, atmosfer təzyiqi, buludluq, atmosfer hadisələri və s. üzrə 84 meteoroloji stansiyadan məlumat alınır.

Gündəlik müşahidə olunan və gözlənilən hava proqnozları, eyni zamanda, çaylarda müşahidə olunan daşqın, sel və faktiki sululuq haqqında məlumatlar mütəmadi olaraq nazirliyin veb-səhifəsində yerləşdirilir. Respublikanın bölgələri, Bakı və Abşeron yarımadası üzrə iki və üçgünlük hava proqnozları, hava şəraitinin kəskin dəyişməsi, çaylarda gözlənilən qısamüddətli daşqın və sel hadisələri ilə bağlı xəbərdarlıqlar dövlət qurumlarına, müvafiq təşkilatlara göndərilir.

Azərbaycanda əhaliyə göstərilən hidrometeoroloji xidmətin səviyyəsinin yüksəldilməsi, hava proqnozlarının dəqiqliyinin artırılması, o cümlədən bütün ölkəni əhatə edən hidrometeoroloji şəbəkənin fəaliyyətinin təkmilləşdirilməsi və modernləşdirilməsi istiqamətində son illər genişmiqyaslı tədbirlər həyata keçirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://baku.ws
archiveBu xəbər 23 Mart 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri