Icma.az
close
up
RU
23 yaşında müəmmalı şəkildə vəfat edən bəstəkar Ermənilər niyə onu “şovinist” adlandırırdılar?

23 yaşında müəmmalı şəkildə vəfat edən bəstəkar Ermənilər niyə onu “şovinist” adlandırırdılar?

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

27 oktyabr bəstəkar Azəf Zeynallının anım günüdür.

Kulis.az bu münasibətlə onun həyatı və yaradıcılığı haqqında diqqətçəkən faktları təqdim edir.

Asəf Zeynallı 1909-cu ildə Dərbənddə dünyaya gəlib.

Hələ 1 yaşı olanda atasını itirən Asəf ailənin sonbeşik övladı olub.

Deyirlər ki, anası işdən gələndə yorğun olmasına baxmayaraq, övladlarını başına toplayıb qarmon çalarmış.

7 yaşı olanda anası onu Dərbənd Realnı Məktəbinə qoyub. O, burda uşaq xorunda oxumağa başlayıb, klarnet çalmağı öyrənib. Həmin illərdə Dərbənddəki nəfəsli orkestr yay axşamlarında şəhər parkında konsert verib.

Asəf də hərdənbir orkestrin tərkibində klarnet çalmağa dəvət edilib.

Asəfin 11 yaşı olanda ailəsi Bakıya köçüb. O, əvvəlcə hərbi məktəbin nəzdində nəfəsli orkestrdə truba çalmağı öyrənib, sonra Bakı Musiqi Texnikumunun truba, violonçel, fortepiano siniflərində təhsil alıb.

"Truba üçün pyes"ini 14 yaşında texnikumda özü ifa edib.

Bu ifaya qədər truba ancaq hərbi marşlar üçün nəzərdə tutulan musiqi aləti hesab edilsə də, o, "Rast" muğamı əsasında bəstələdiyi ifası ilə bütün dinləyiciləri heyrətləndirib.

Asəf Zeynallı 1923–1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində Üzeyir Hacıbəyovun sinfini bitirib.

Asəf Zeynallı Azərbaycan Dövlət Konservatoriyasında professional bəstəkarlıq təhsili almış ilk bəstəkardır.

Azərbaycan Proletar Musiqiçiləri Birliyinin sədri işləyib. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olublar. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır.

23 il ömür sürməsinə baxmayaraq milli musiqi sənətində silinməz iz qoyub.

Onun "Ölkəm", "Sərhədçi", "Çadra", "Sual", "Seyran" romansları milli vokal musiqimizin inciləridir.

Azərbaycan musiqi folklorunun toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük iş aparıb. "İbtidai not savadı" adlı dərslik tərtib edib.

O həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının "Sevil", "Qayıdış", X. Nəzirli və S. Rüstəmin "Alov", A. Həmidin "Hind qızı", V. Kirşonun "Küləklər şəhəri" əsərlərinə musiqi bəstələyib.

Cəfər Cabbarlı ilə möhkəm dost olub, hətta tamaşalarının musiqi tərtibatını o verib.

Cəfər Cabbarlı Asəfin ölümündən o qədər pis olub ki, üç gün dilinə çay-çörək dəyməyib.

Asəfin cənazəsini aparanda adamlar Opera və Balet Teatrının qabağından keçirmiş. Teatrın orkestri balkona çıxıb musiqi ifa edib, yəni o cür ehtiramla yola salıblar.

"Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoyub.

1932-ci ildə Asəf Zeynallı Bülbüllə birlikdə xalq musiqilərini toplamaq üçün Qarabağa ezam olunub. O, getmək istəməyib, qalıb başladığı əsəri bitirmək istəyib, lakin sözünü dinləyən olmayıb.

Səfər zamanı orada ağır xəstələnib, müalicə almaq üçün Bakıya qayıdıb, lakin müalicə fayda verməyib, o, qarın yatalağı xəstəliyindən vəfat edib.

Xəstəxanada olarkən otağının divarına son simfoniyasını yazıb və qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edib.

Təəssüf ki, onun son vəsiyyətini heç kim yerinə yetirməyib…

Asəf Zeynallı bir neçə Azərbaycan xalq mahnısını nota alıb. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Ölkəm" romansı ən məşhur əsəri hesab olunur.

Deyilənə görə, onun ölümündə erməni əli olub. Bu barədə Asəf Zeynallının yazdığı məktub da var.

Həmin məktubda o, ermənilərdən şikayətlənir. Ermənilər onu “şovinist” adlandıraraq, bəhanə gətirirlər ki, guya, o dərs deyərkən türk, yəni azərbaycanlı şagirdlərə - onların arasında Tofiq Quliyev, Qara Qarayev də olub - daha çox diqqət ayırır, ermənilərə yox.

Ezamiyyətdə olanda ona bir stəkan su veriblər. O, sudan bir qurtum içib deyib ki, bu su xoşuma gəlmədi, yanından kimsə təkid edib ki, iç, heç nə olmaz, buranın suyu belədir.

Həmin suyu içəndən sonra halı dəyişib. Bakıya gəlib xəstəxanaya düşüb. Əlavə söz-söhbət olmaması üçün də ailəsinə deyiblər ki, qarın yatalağından ölüb.

Asəf Zeynallı musiqiçi Kövkəb Səfərəliyeva ilə nişanlı olub.

O, 1932-ci ildə 23 yaşında vəfat etdikdən sonra Kövkəb xanım ondan sonra heç vaxt ailə həyatı qurmayıb.

Bakı Musiqi Kolleci və paytaxtın küçələrindən biri bəstəkarın adını daşıyır.

Asəf Zeynallının adı birinci dəfə Üzeyir Hacıbəylinin təklifi ilə Azərbaycan Dövlət Konservatoriyasına verilib, lakin Üzeyir bəyin vəfatından sonra bəstəkarın ailəsinə təklif edilib ki, Asəfin adı konservatoriyadan götürülüb Musiqi texnikumuna verilsin.

Bəstəkarın qardaşı oğlu müsahibələrinin birində deyir:

"Düzü, qəbrin köçürülməsi mənim yadıma gəlmir, onda uşaq idim. Asəf Zeynallı əvvəlcə Çəmbərəkənddə, indiki Dağüstü Parkda basdırılmışdı. O vaxt orda park salınanda bütün qəbirlər köçürüldü, o cümlədən də Asəf Zeynallının qəbri. Atamgil onun qəbrini gətirib indiki yerdə basdırdılar. O vaxt ora beynəlmiləl məzarlıq sayılırdı. Müsəlman, xristian, yəhudi - fikir verən yox idi. Həm də əmim basdırılanda o ərazilər bomboş idi. Atamgilin şəkli də var, qəbrin ətrafında dayanıblar, ətraf isə bomboşdur. Sonralar Böyük Vətən müharibəsi oldu, həmin yerlər müxtəlif millətlərin, əsirlərin qəbirləri ilə doldu.”

2000-ci ildə Azərbaycan televiziyasında Asəf Zeynallının həyat və yaradıcılığından bəhs edən "Asəf Zeynallı" qısametrajlı, sənədli televiziya filmi çəkilib.

Robert De Niro Bakıda restoran açacaq Çağdaşın klassikası - Furqan Əliyevin hekayəsi "Adile" filmi bu tarixdə yayımlanacaq
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://kulis.az
archiveBu xəbər 27 Oktyabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see248

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see242

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see237

“Xilasedici” Belçika voleybolçularına uduzub

09 Dekabr 2025 22:47see198

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see189

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see181

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see176

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see167

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see151

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see151

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see150

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see138

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see137

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see134

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see129

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see126

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see125

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri