Icma.az
close
up
RU
Rusiyada şovinist təfəkkür dövlət gücünə çevrilib

Rusiyada şovinist təfəkkür dövlət gücünə çevrilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 1 iyul, AZƏRTAC

Rusiyada “rus şovinizmi” anlayışı artıq təkcə ictimai mövcudluqdan ibarət deyil, həm də bəzi hallarda dövlət siyasətinin ritorikasına çevrilib. Şovinist ideologiyanın bəzi incəsənət və ədəbiyyat xadimləri ilə yanaşı, siyasi elita nümayəndələri tərəfindən açıq şəkildə müdafiə olunması, imperiya təfəkkürünün hələ də Kreml siyasətinə istiqamət verməsi ciddi narahatlıq doğurur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin sədri Şəbnəm Səfərova bildirib.

Onun sözlərinə görə, Rusiya artıq imperiya xislətini gizlətmir. Xalqların rifah yoluna çıxması, öz talelərini müəyyən etməsi, beynəlxalq aləmdə söz sahibi olması Moskvanı narahat edir. Bu narahatlıq o qədər dərinləşib ki, artıq günün günorta çağı günahsız insanlara qarşı açıq zorakılığa, təhqirə, alçaldıcı davranışa, hətta qətl hadisələrinə qədər yol verilir. Bu, təkcə qonşu xalqlar üçün deyil, Rusiya cəmiyyəti üçün də təhlükəli meyildir.

Ş.Səfərova qeyd edib ki, Azərbaycan xalqı bu şovinist davranışların acı nəticələri ilə ilk dəfə qarşılaşmır. Bu, təkcə Azərbaycan xalqı üçün deyil, başqa xalqlar üçün də təhlükəlidir: “20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ münaqişəsi – bütün bu hadisələrdə imperiya siyasətinin izləri açıq görünür. SSRİ dağıldıqdan sonra Rusiyada islamofobiya və etnik ayrı-seçkilik ideologiyası daha da güclənib. Bu, ardıcıl və məqsədli yürüdülən siyasi xəttdir. Əgər əvvəllər bu nifrət qrupları — “Slavyan İttifaqı”, “Format 18”, “Cossack dəstələri” qeyri-rəsmi hücumlar həyata keçirirdisə, bu gün dövlətin rəsmi güc strukturları bu vəzifəni tam şəkildə öz üzərinə götürüb. Yekaterinburqda azərbaycanlılara qarşı baş verən amansız hücum, işgəncə və ölüm faktı göstərir ki, 30 il əvvəlki ssenari bu gün daha sistemli şəkildə həyata keçirilir. Bu hadisə humanizmdən danışan bir dövlətin insanlığa qarşı cinayət törətməsinin növbəti nümunəsidir. Təəssüf ki, Rusiya indi yalnız qonşular üçün deyil, öz xalqı üçün də təhlükəli gücə çevrilib”.

O bildirib ki, Azərbaycanın Qarabağda qazandığı Zəfər, suverenliyini tam bərpa etməsi və müstəqil mövqeyi imperiya xislətli dairələr üçün həzmolunmazdır və ölkəmizə qarşı təxribatların mərkəzində də bu dayanır.

“AZAL-ın təyyarəsinin vurulması, azərbaycanlı deputatın sərhəddə saxlanılması, kiberhücumlar, hibrid təzyiqlər ölkəmizin səbir və iradəsini sınağa çəkmək cəhdidir. Lakin günahsız soydaşlarımızın qətlə yetirilməsi artıq səbir kasasını daşıran son damla oldu. Bu gün Azərbaycanda xalq-dövlət birliyi heç bir təhdid və şantaj qarşısında sarsılmayacaq qədər möhkəmdir. Azərbaycan artıq hədə-qorxu dili ilə danışılacaq ölkə deyil və hər bir dövlət bunu nəzərə almalıdır”, - deyə o əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyul 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see699

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see434

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see260

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see230

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see220

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see208

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see206

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see205

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see205

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see195

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see193

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see193

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see186

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see186

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see183

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see180

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see179

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see176

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri