24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
“Airbus A350-1000ULR” sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb.
“Qafqazinfo” xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib.
Bu, kommersiya avialaynerləri arasında məsafəyə görə ən uzun uçuş rekordu olub.
Uçuş müntəzəm reys deyil, “Qantas” şirkətinin “Project Sunrise” layihəsi üçün sınaq xarakteri daşıyıb. Göyərtədə pilotlar və mühəndislərdən ibarət 13 nəfər yer alıb. Ekipaj səyahət zamanı iki dəfə günəşin batmasını və doğmasını izləyib.
3,6 milyon insanın canlı izlədiyi bu uçuş “Flightradar24” platformasında Kraliça II Elizabetin son reysindən sonra ən çox baxılan ikinci marşrut olub.
Qeyd edək ki, “Qantas” Sidney şəhərindən London və Nyu-Yorka birbaşa reyslər açmaq üçün bu modeldən 12 ədəd sifariş edib. İlk uçuşların 2027-ci ildə başlaması nəzərdə tutulur.
Baxış sayı:77
Bu xəbər 10 Noyabr 2026 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















