Icma.az
close
up
RU
Böyük Britaniya və Aİ arasında yeni razılaşma əldə olunub

Böyük Britaniya və Aİ arasında yeni razılaşma əldə olunub

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

London, 20 noyabr, AZƏRTAC

Böyük Britaniya və Avropa İttifaqı (Aİ) arasında ərzaq məhsullarının ixracı, gənclərin mobilliyi və karbon emissiyalarının tənzimlənməsi sahələrini əhatə edən yeni razılaşma əldə olunub.

AZƏRTAC xəbər verir ki, bununla belə, avropalı tələbələrin Britaniya universitetlərində təhsil haqları ilə bağlı danışıqlar davam etdiriləcək. Böyük Britaniyanın Baş naziri Endi Börnhem Brüsseldə keçirilən görüşdən sonra əldə olunan razılaşmanı tarixi an adlandıraraq, bunun həm Britaniya, həm də Avropa üçün uğurlu nəticə olduğunu bildirib. Baş nazirin sözlərinə görə, Britaniya vətəndaşları “Brexit”dən sonra formalaşmış mövcud münasibətlərdən daha əlverişli razılaşma istəyirlər və bu gün həmin istiqamətdə mühüm addım atılıb.

Endi Börnhem vurğulayıb ki, yeni razılaşma ərzaq məhsullarının ixracı ilə bağlı xərclərin azaldılmasına, istehlak qiymətlərinə təzyiqin zəiflədilməsinə və iqtisadi artımın sürətlənməsinə kömək edəcək. O, nümunə olaraq, hazırda bir partiya qızılbalığın ixracı ilə bağlı xərclərin 1400 funt sterlinqə çatdığını qeyd edib. Baş nazir bildirib ki, bürokratik prosedurlar və əlavə inzibati xərclər iqtisadi inkişaf qarşısında ciddi maneələr yaradır.

Onun sözlərinə görə, maliyyə nazirinin hesablamalarına əsasən, Brüsseldə əldə olunan razılaşma Böyük Britaniyanın ümumi daxili məhsulunu 0,5 faiz artıraraq iqtisadiyyata 17 milyard funt sterlinq həcmində əlavə töhfə verə bilər. Baş nazir bunu hazırkı parlament dövründə iqtisadi artımı təmin etmək üçün ən mühüm tədbir kimi qiymətləndirib.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen isə ərzaq və digər kənd təsərrüfatı məhsulları üzrə danışıqların yekunlaşdığını açıqlayıb. O bildirib ki, əldə olunan razılaşma hər iki tərəf üçün faydalıdır və istehlakçıların xərclərinin azalmasına şərait yaradacaq. Ursula fon der Lyayenin sözlərinə görə, tərəflər karbon emissiyalarının ticarəti sistemlərinin əlaqələndirilməsi barədə də danışıqları başa çatdırıblar. Bu addım emissiyaların azaldılmasına, daha təmiz sənaye sahələrinə investisiyaların artırılmasına və idxal olunan fosil yanacaqlardan asılılığın zəiflədilməsinə xidmət edəcək.

Avropa Komissiyasının Prezidenti qeyd edib ki, Böyük Britaniya və Aİ iqtisadi risklərin azaldılması və qarşılıqlı iqtisadi təsirlərin minimuma endirilməsi istiqamətində əməkdaşlığı gücləndirə bilərlər. Bundan əlavə, tərəflər rəqəmsal tərəfdaşlığa başlayırlar.

Gənclərin mobilliyi proqramı çərçivəsində isə hər iki tərəfdən ildə 100 minədək gəncin qarşı tərəfin ərazisində üç ilədək yaşamasına, işləməsinə və təhsil almasına imkan yaradılması nəzərdə tutulur. Bununla belə, Aİ ölkələrindən olan tələbələrin Britaniya universitetlərində ödədikləri təhsil haqları ilə bağlı fikir ayrılıqları qalır. Avropa İttifaqı bu tələbələr üçün təhsil haqlarının azaldılmasını istəyir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2026 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see319

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see310

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see307

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see298

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see289

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see277

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see265

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see258

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see256

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see250

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see247

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see242

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see240

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see233

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see220

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see213

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see206

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see197

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri