Icma.az
close
up
RU
25 minlik spa və manikür üçün bir milyon...

25 minlik spa və manikür üçün bir milyon...

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rus ulduzlarının “dəli” xərcləri..?

...Bu gün bəzi ruslar tirə - “qəpiyə güllə atmağa gedərkən”, digər ruslar pullarını xərcləməyə “yer tapmırlar” və ya elə yerlərə xərcləyirlər ki...

SİA rus saytlarına istinadən “rusiyalı məşhurlar”ın ən sərsəm xərcləmə vərdişləri haqqında məlumat verir,..deməli...

Olga Buzovanın manikür üçün 20 mindən çox...

Olga Buzova mütəmadi olaraq özünə göstərdiyi "kral" qayğısı ilə öyünür. 2023-cü ildə o, qadağan olunmuş sosial şəbəkədə 24.000 rubla dırnaqlarını çəkdirdiyi salondan bir hekayə yerləşdirib və "Mən kraliçayam, dırnaqlarım da eynidir" başlığını əlavə edib.

Buzovanın ayda iki dəfə manikür etdirdiyini nəzərə alsaq, o, təkcə dırnaqlarına ildə təxminən 600 min rubl xərcləyir.

Ayaqqabı dəlisi Yana Rudkovskaya...

Prodüser Yana Rudkovskaya ayaqqabı kolleksiyaçısıdır. “Tatler” jurnalına verdiyi müsahibədə o, yalnız 2022-ci ildə məhdud sayda Louboutin və Dior da daxil olmaqla bir milyon rubl dəyərində ayaqqabı aldığını etiraf edib.

Bəzi cütlərin qiyməti 300 mindir və ayrıca qarderobda saxlanılır.

Aleksandr Kokorin və Pavel Mamaev: 250 min avroya şampan...

Futbolçular Aleksandr Kokorin və Pavel Mamaev 2016-cı ildə Monte Karloda ziyafət təşkil edərək, ümumilikdə 250 min avroya 500 butulka şampan sifariş ediblər. Onların davranışı ictimaiyyətin qəzəbinə səbəb olub və Krasnodar FK rəhbərliyi Mamaevi Krasnodar-2 komandasına transfer edib.

Soçiyə şəxsi uçuş - Filip Kirkorov kimi...

2021-ci il Yeni Dalğa festivalı zamanı Kirkorov müntəzəm reyslə uçmaqdan imtina edib və məşqin başlanğıcına çatmaq üçün təxminən 3,5 milyon rubla şəxsi təyyarə icarəyə götürmüşdü. Onu iki stilist və işıqlandırma meneceri müşayiət edirdi.

1,2 milyon SPA: Nataşa Koroleva və hamam prosedurları

Müğənni Nataşa Koroleva etiraf edib ki, o, Altaydakı spa otelinə səyahətə 1,2 milyon rubl xərcləyib və orada Tibet üsulu ilə təmizlənmədən keçib.

Buraya fərdi buxar terapevti, pəhriz, palçıq sarğıları və hətta duz mağarasında masaj da daxildir.

...Məşhurların ödədiyi pul təkcə əşyaların və xidmətlərin qiyməti ilə bağlı deyil. Bu həm eqodan, həm də status nümayiş etdirməkdən gedir. Eyni zamanda, onların iştirak etdiyi qalmaqallı xəbərlər, qəribə də olsa, onların populyarlığını artırır - axı şırınga (...məqsədi istehlakçı seçimlərini formalaşdırmaq olan aqressiv və müdaxiləedici reklam –A.B.) bu gün istənilən valyutadan daha dəyərlidir.

Nazlı Almuradova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 İyun 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri