Icma.az
close
up
RU
256 il yaşadı 5 SİRRİ

256 il yaşadı 5 SİRRİ

Icma.az bildirir, News24 portalına istinadən.

İnsanların əksəriyyəti 70-80 il yaşasa da, Li Çinq-yunun iddia edilən 256 illik ömrü bəşər tarixinin ən diqqətəlayiq tərcümeyi-hallarından biri kimi qeydə alınıb. Öz ifadəsinə görə, 1736-cı ildə anadan olan Li 1933-cü ildə vəfat edərkən 197 yaşında idi. Ancaq bəzi sənədlər onun əslində 1677-ci ildə anadan olduğunu, yəni 256 il yaşadığını göstərir. Çin imperator qeydlərində Li-nin 150 və 200-cü doğum günlərinin qeyd edildiyi də iddia edilib.

Li Çinq-yunun uzun həyatı ilə bağlı fikirləri təəccüblü olmaqla yanaşı, həm də olduqca sadədir. 

News24.az xəbər verir ki, uzun və sağlam həyat üçün Li-nin beş əsas prinsipi bunlardır:

DAXİLİ HÜZUR VƏ SAKİT ÜRƏK

New York Times-ın 1933-cü il xəbərinə görə, Li insanların uzun ömür sürməsinin açarının ruhun rahatlığı olduğunu müdafiə edib. “Əgər sakit bir ürəyin varsa, 100 ildən çox yaşayacaqsan” deyən Li, stressin ömrü qısaltdığını erkən ifadə edib. Müasir elm də xroniki stressin immunitet sisteminə, ürək sağlamlığına və psixi balansa mənfi təsirini təsdiqləyir.

 TƏBİİ QİDALANMA

Li həyatı boyu Linqji göbələyi, yabanı jenşen və qoji giləmeyvə kimi dərman bitkiləri yeyib. O, bu otları həm satırdı, həm yeyirdi. Təbii məhsulların bədənini gənc və sağlam saxladığına inanılır.

Yüngül, lakin müntəzəm məşq

“Göyərçin kimi gəzmək” tövsiyəsi ilə tanınan Li, uzun ömür üçün nizamlı və yumşaq hərəkətin vacib olduğunu da vurğulayıb. Həddindən artıq fiziki gücdən qaçaraq həyat boyu aktiv olmağı tövsiyə edib.

DƏRİN VƏ KEYFİYYƏTLİ YUXU

Li, rahat yuxunun həm ruhi, həm də fiziki sağlamlıq üçün əvəzolunmaz olduğuna inanırdı. Yuxu rejimi bədənin özünü yeniləməsi üçün vacibdir.

SADƏ VƏ TƏBİƏTLƏ HARMONİK HƏYAT

Sadə həyat fəlsəfəsini mənimsəyən Li şəhər həyatının xaosundan uzaq duraraq təbiətlə iç-içə bir həyat yaşayıb. Tələbələrinin dediyinə görə, o, günlərini kiçik, lakin mənalı şəkildə meditasiya, bitki toplamaq və insanlarla ünsiyyət qurmaqla keçirib.

MİF YOXSA FAKT?

Li Çinq-yunun yaş iddiaları hələ də müzakirə mövzusudur. Bəzi tədqiqatçılar qeydlərin qeyri-dəqiq və ya şişirdilmiş olduğunu iddia etsələr də, Li ilə görüşənlərin çoxu onun enerjisi və gənc görünüşündən heyran olub. Rəvayətə görə, onun 11 nəsil ərzində 180 nəvəsi olub və həyatı boyu 14-23 dəfə evlənib.

Ömrünün dəqiq uzunluğu təsdiqlənməsə də, Li Çinq-yun sadəlik, təbiilik və daxili rahatlığa əsaslanan həyat tərzi ilə çoxlarını ruhlandırmaqda davam edir. Onun tövsiyələri müasir dünyanın xaosunda itmiş fərdlər üçün hələ də etibarlıdır.

Günel Məlikzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 May 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri