Icma.az
close
up
RU
26 il karantində saxlanılan “Tifoid Meri”nin hekayəsi FOTO

26 il karantində saxlanılan “Tifoid Meri”nin hekayəsi FOTO

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Təsəvvür edin, özünüzü tamamilə sağlam hiss edirsiniz, lakin hakimiyyət sizi ölümcül epidemiyanın mənbəyi olmaqda ittiham edir. Üstəlik, ittihamlar sadəcə şayiə deyil; harada olursunuzsa olun, insanlar xəstələnir, bəziləri həyatını itirir. Siz nə edərdiniz? “Tifoid Məryəm” (“Typhoid Mary") ləqəbli Mary Mallon (Meri Mellon) məhz bunu yaşayıb.

Sfera.az bu yazıda sizə Meri Mellonun qəribə və acınacaqlı hekayəsini təqdim edir.
 

Meri Mellon (Azərbaycan dilində Məryəm - red.) 1869-cu ildə İrlandiyada anadan olub və gənc yaşlarında ABŞ-a mühacirət edib.


Dolanışığını təmin etmək üçün varlı ailələrdə aşpaz işləyirdi. Amma işlədiyi hər evdə müəmmalı şəkildə tif epidemiyası baş qaldırırdı. 1900-1907-ci illər arasında səkkiz müxtəlif ailədən yeddisində tif xəstəliyinə tutulmuş insanlar aşkarlanıb.


Amma maraqlısı o idi ki, Məryəmin özündə heç bir əlamət yox idi.
 

Dövrün səhiyyə mütəxəssisləri hesab edirdilər ki, tif qızdırması əsasən pis sanitariya şəraitindən ötürülür. Bununla belə, Məryəm varlı ailələrin evində işləyirdi və ona görə də onun epidemiya daşıyıcısı olması ehtimalı az idi.


Səlahiyyətlilər, hətta fərqinə varmadan onun xəstəliyi daşıdığına dair şok həqiqəti aşkar edənə qədər..
 

Tif epidemiyasının sirrini həll etmək üçün təyin edilmiş səhiyyə müfəttişi Corc Soper bu işə başlayıb. Məryəmin işlədiyi bütün evləri araşdırdıqda, bütün epidemiyaların ortaq bir cəhətinin olduğunu başa düşdü: Meri Mellon!


Soper Məryəmi mətbəxdə tapdı və ondan xəstəliyin mənbəyini araşdırmaq üçün sidik və nəcis nümunələri götürməsini istədi.
 

Bəs Məryəm həqiqətənmi günahkar idi? O dövrdə “sağlam daşıyıcı” anlayışı hələ məlum deyildi. Məryəm özünü xəstə hiss etmədiyi üçün belə bir xəstəliyə tutulduğuna inanmaq istəmirdi. Amma elm bunun əksini deyirdi...


1907-ci ildə səlahiyyətlilər Məryəmi zorla xəstəxanaya aparıblar.
 

Testlər onun tif bakteriyası daşıdığını göstərib. Amma o, heç vaxt xəstələnməmişdi və bunu etiraf etməməsi normal idi.
 

Məryəm 3 il xəstəxanada təcrid olunmuş vəziyyətdə saxlanılıb. Nəhayət, yemək bişirməyi atıb başqa işə başlamaq şərti ilə azadlığa buraxılıb. Amma bu azadlıq uzun müddət davam etməyəcəkdi.
 

Azadlığa çıxandan sonra Meriyə camaşırxana işləməsi tapşırılıb.
 

Ancaq bu işdən qazandığı pul aşpaz olduğu dövrlə müqayisədə iki dəfə azalmışdı. Bir müddət sonra Məryəm şəxsiyyətini dəyişərək yenidən mətbəxlərdə işləməyə başlayıb. Amma bu dəfə xəstəxanalarda və restoranlarda aşpaz işləyib.
 

1915-ci ildə Nyu Yorkdakı Sloane Qadın Xəstəxanasında yenidən işə başlayıb. Tezliklə 25 nəfər tifə yoluxub, iki nəfər ölüb. Səhiyyə orqanları tez hərəkətə keçib və Məryəmi geri qaytarıb.


Bu dəfə qaçmaq yox idi. 1915-ci ildə yenidən zorla karantinə salınıb.
 

Bu dəfə o, 23 il kiçik bir adada yerləşən xəstəxana binasında təcrid olunub. Məryəm həyatının qalan hissəsini keçirməli olduğu Şimali Qardaş adasındakı xəstəxanada yaşayıb.
 

Səlahiyyətlilər ona laboratoriyada şüşə təmizləmə işi verdilər, lakin o, hələ də sağlam olduğunu və haqsız yerə həbs edildiyini düşünürdü. 1932-ci ildə insult keçirdi və ömrünün qalan hissəsini yataq xəstəsi olaraq davam etdi. O, 1938-ci il noyabrın 11-də 69 yaşında sətəlcəm xəstəliyindən vəfat edib. Onun dəfnində cəmi 9 nəfər iştirak edib.

Ölümündən sonra aparılan yarılmalar onun öd kisəsində hələ də tif bakteriyası daşıdığını göstərib:
 

Meri Mellon sağlamlıq tarixində xəstəliyin özündən daha böyük bir fiqur oldu. Onun adı xəstəliyi bilmədən yayan insanlar üçün bir terminə çevrildi: "Tifoid Meri" yoluxucu xəstəlikləri daşıyan və başqalarına ötürən hər kəs üçün bir termin oldu.

Xanım

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Mart 2025 00:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri