Xəsarət alan şəxs şirkət əməkdaşı deyil “Azercell”
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bir sıra mediada yayılan “Azercell əməkdaşını iş başında elektrik cərəyanı vurdu” başlıqlı xəbərlə bağlı bildiririk ki, sözügedən məlumat dəqiqliyi əks etdirmir.
"Unikal" xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şəxs “Azercell Telekom” MMC-nin deyil, şirkətə xidmət göstərən podratçı təşkilatın əməkdaşıdır.
“Azercell” hadisədən dərhal sonra məsələni diqqətə almış, aidiyyəti qurumlarla birgə araşdırmaların aparılması və xəsarət alan şəxsin vəziyyəti ilə bağlı dəstəyin göstərilməsi istiqamətində zəruri tədbirləri görmüşdür.
Şirkət insan təhlükəsizliyini hər zaman prioritet sayır, əmək və texniki təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl edilməsinə xüsusi diqqət yetirir.
Baxış sayı:105
Bu xəbər 24 Oktyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















