Icma.az
close
up
RU
27 ilin müəllimi attestasiyadan keçmədi, ona yenidən oxumaq tövsiyə olundu

27 ilin müəllimi attestasiyadan keçmədi, ona yenidən oxumaq tövsiyə olundu

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Attestasiyadan keçməyən müəllim haqsızlığa məruz qaldığını, təkcə özü yox, xəstə övladının da bundan əziyyət çəkdiyini deyir.

Bizimyol.info xəbər verir ki, H.Sarabski adına 7 saylı uşaq musiqi məktəbində 21 il çalışmış fortepiano müəllimi şikayətçidir.

Bu il Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi və incəsənət məktəblərində çalışan fortepiano və musiqi nəzəriyyəsi müəllimlərinin attestasiyası təşkil olunub. Bu zaman 7 saylı uşaq musiqi məktəbinin müəllimləri də prosesə cəlb olunub. Attestasiya Komissiyası A.Əliyevanı tutduğu vəzifəyə uyğun hesab etməyib. Bundan sonra məktəbin direktoru onun işdən çıxarılması barədə məlumat verib.

Şikayətçi hesab edir ki, Attestasiya Komissiyasının qərarı qanunsuz və əsassızdır. O, komissiyanın qərarının ləğv olunması üçün məhkəməyə müraciət edib. Bakı şəhər Mədəniyyət İdarəsinə qarşı məhkəmədə iddia qaldırıb.

“Mən iş fəaliyyətimi həmin məktəbdə davam etdirməliyəm. Əmək fəaliyyətim dövründə ilk dəfə attestasiya edilmişəm. Bu ilin əvvəlindən miqren xəstəliyindən əziyyət çəkirəm. Oğlum Raul Əliyev qan xəstəsidir. O, Milli Hemotologiya və Transfiziologiya Mərkəzində qeydiyyatdadır. Tək ailə başçısıyam. Yeganə qazanc yerim əmək haqqımdır. İşləməsəm, ünvanlı sosial yardımdan da məhrum olunacam. Özümün və övladımın səhhətindəki problemlərlə əlaqədar attestasiya ərəfəsində çox yorğun və gərgin idim. Bilavasitə attestasiya zamanı isə bu problemlərin fonunda çox həyəcanlandım. Buna baxmayaraq, həm bəzi nəzəri suallara cavab verdim, həm də pianoda ifa etmişəm. Bəzən eyni zamanda bir neçə komissiya üzvünün birlikdə sualların cavablarını tələb etməsi məni daha da çaşdırdı, əllərim əsdi. Özümü yaxşı hiss etmədiyimi Komissiya üzvlərinə də bildirdim. Lakin onlar buna məhəl qoymadı. Komissiya üzvlərinin qərəzli münasibəti açıq-aydın görünürdü”, - deyə şikayətçi bildirib.

Bakı şəhər Mədəniyyət İdarəsinin nümayəndəsi isə deyir ki, attestasiya qanunvericiliyin tələbinə uyğun keçirilib: “Attestasiyadan əvvəl özünün seçdiyi istənilən əsəri ifa etməsinə hazırlaşması üçün 1 aydan çox vaxt verilmişdi. Lakin attestasiyanın videoyazısından görünür ki, əsəri yaxşı ifa etməyi bacarmayıb. Ona öz ixtisasına uyğun suallar verilib, böyük hissəsini cavablandıra bilməyib”.

Attestasiya vərəqəsinin surətindən görünür ki, keçirilmiş attestasiya nəticəsində onun lehinə 1, əleyhinə 4 səs verilib və yenidən təhsil alması tövsiyə edilib.

Məhkəmə araşdırmalardan sonra müəllimin iddiasını təmin etməyib.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Avqust 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see178

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see161

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see139

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri