Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Həmin qadağanı bir il daha uzatdılar

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

27 Sentyabr: Kədərin qürurla, xatirənin inamla, keçmişin gələcəklə birləşdiyi gün

27 Sentyabr: Kədərin qürurla, xatirənin inamla, keçmişin gələcəklə birləşdiyi gün

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

“27 sentyabr Azərbaycanın ən yeni tarixində xüsusi yerə malikdir. Bu, Anım Günüdür -bütün xalqımızın müstəqillik, suverenlik və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında baş əydiyi gündür. Bu gün həm kədərin, həm də qürurun rəmzidir. Eyni zamanda azadlığın dəyərini və Azərbaycan xalqının sarsılmaz iradəsini xatırladır”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, onilliklər boyu rəsmi İrəvan uydurma tarixi miflərə və xarici havadarlarının dəstəyinə söykənən işğalçı, aqressiv siyasət yürüdüb. “Yüz minlərlə azərbaycanlı doğma yurd-yuvasından didərgin salınmış, on minlərlə soydaşımız etnik təmizləmələrə və soyqırımlarına məruz qalmışdır. Bu vəhşiliklərin zirvəsi isə bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri kimi tarixə düşmüş Xocalı faciəsi oldu.

Azərbaycan daim beynəlxalq hüququn prinsiplərinə sadiq qalaraq münaqişənin sülh yolu ilə həllinə çalışmışdır. Lakin uzun illər ərzində aparılan danışıqlar prosesi faktiki olaraq işğalın davam etməsinə və ört-basdır edilməsinə xidmət etmişdir. ATƏT-in Minsk qrupu BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən qətnamələrinin icrasına nail ola bilmədi. Ermənistanın təcavüzkar siyasəti və hərbi təxribatları nəticəsində Azərbaycan öz suveren hüquqlarını müdafiə etmək üçün cavab addımları atmağa məcbur qaldı”, -o qeyd edib.

 Deputat əlavə dib ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan tarixində yeni bir səhifə açıldı - 44 gün davam edən Vətən müharibəsi başlandı: “Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu misilsiz hərbi peşəkarlıq, yüksək döyüş ruhu və sarsılmaz iradə nümayiş etdirdi. Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və yüzlərlə kənd və qəsəbə işğaldan azad edildi. Bu Qələbə yalnız hərbi deyil, həm də siyasi əhəmiyyət daşıyırdı. Strateji ərazilərin azad olunmasından sonra Azərbaycan Ağdam, Kəlbəcər və Laçını döyüşsüz, sülh yolu ilə geri qaytardı. Beləliklə, ədalət bərpa olundu, işğalda olan torpaqlarımızın böyük hissəsi qanuni sahibinə qayıtdı.

Bu gün biz qalib xalq kimi yaşayırıq. Lakin hər bir uğurumuz minlərlə qəhrəman oğul və qızımızın canı bahasına qazanılıb. Onların adları Azərbaycanın şanlı tarixinin qızıl səhifələrinə həkk olunub. Prezident İlham Əliyevin təşəbbüsü ilə 27 sentyabr Anım Günü elan edildi. Bakıda Zəfər Parkı və Memorial Kompleks yaradıldı. Bu müqəddəs məkanlar xalqımızın qəhrəmanlığının, qətiyyətinin və sarsılmaz iradəsinin əbədi rəmzinə çevriləcək.

“Zəfər” və “Qarabağ” kimi yeni orden və medalların təsis olunması xalqımızın və ordumuzun şücaətini əbədiləşdirdi. Bu təltiflər yalnız bir şərəf göstəricisi deyil, həm də gələcək nəsillərə sülhü və müstəqilliyi qorumaq vəzifəsini xatırladan əmanətdir.

Anım Günü yalnız şəhidlərimizi yad etmək deyil, dirilərin andıdır. Bu, milli birliyin və iradənin ən çətin sınaqları belə qələbəyə çevirmək gücündə olduğunu xatırladır. Bu gün Azərbaycan azad edilmiş torpaqlarda yeni həyat qurur, Qarabağı və Şərqi Zəngəzuru inkişaf, mədəniyyət və beynəlxalq əməkdaşlıq mərkəzinə çevirir. Açılan hər bir məktəb, çəkilən yol və istifadəyə verilən hər bir hava limanı şəhidlərimizin müqəddəs işinin davamı, dövlətimizin gücünün və böyüklüyünün bariz nümunəsidir.

27 sentyabr -kədərin qürurla, xatirənin inamla, keçmişin gələcəklə birləşdiyi gündür. Bu gün biz bir daha təsdiqləyirik: qəhrəmanlarımızın qanı yerdə qalmadı. Azərbaycan bu gün möhkəm sülhə, sabitliyə və qüdrətə sahibdir. Bizim borcumuz bu Qələbəni qorumaq, dövlətçiliyi möhkəmləndirmək, milli maraqları müdafiə etmək və gələcək nəsillərə birlik və vətən sevgisi ruhunu ötürməkdir”.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Sentyabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see273

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see264

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see245

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see233

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see212

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see200

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see177

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see174

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see158

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see154

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see149

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see140

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see139

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see137

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see136

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see136

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see134

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see133

Həmin qadağanı bir il daha uzatdılar

26 Dekabr 2025 02:14see129

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri