Icma.az
close
up
RU
Şahinin şərəf tarixi: 27 sentyabr

Şahinin şərəf tarixi: 27 sentyabr

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hələ məktəb illərində tarix müəlliminə söz vermişdi ki, Xocalının qisasını alacaq


Dos.Dr. Aqil P.ƏHMƏDOV


27 sentyabr – bu sadə rəqəmin arxasında böyük hünər, zəhmət, dövlət və xalqın birliyindən doğan möhkəm iradə, əlbətdə ki, şəhidlərimizin imzası dayanır. Bu tarix Azərbaycan Respublikasını qələbəyə aparan bir kod kimi daxilində çox mətləblər yaşadır. İki rəqəmi yavaş-yavaş addımlamaq, potensialı müəyyən etdikdən sonra qarşıya məqsəd qoyub irəliləməyi, yeddi isə uğuru və ilahi ədaləti simvolizə edən rəqəmlər olub vəhdət və bərabərliyi əks etdirir.Həmin tarixdən, II Qarabağ müharibəsində qələbənin başlanğıcına, carçısına çevrilən 27 sentyabrdan nə az, nə çox, düz 5 il ötür. Beş il bundan əvvəl, eyni tarixdə düşmənin hərbi təxribatlarına cavab verən Azərbaycan Silahlı Qüvvələri 44-cü günün tamamında (10 noyabr 2020) parlaq qələbəyə, dövlətin şanlı gələcəyinə öz imzasını atdı. Bu imzalar içərisində Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun da öz imzası var.  

Azərbaycanın çoxəsrlik şərəf, zəfər tarixində iz qoyan igidlərin Vətən, torpaq, dövlət sevgisi, qəhrəmanlıq məktəbi illər, qərinələr ötdükcə dastana dönür, araşdırmalara, xüsusilə də bioqrafik tədqiqatlara yön verir. Bu baxımdan, Azərbaycan xalqının zəfər tarixində, torpaq uğrunda canından keçmiş şəhidlərin, şəhadət kimi ali məqama yüksəlmiş Vətən oğullarının keçdiyi şanlı tarix təbliğ olunmalı, qəhrəmanlarımızı gənclər yaxından tanımalıdırlar. 

Şəhidlər Azərbaycanı yaşadan, onun hər zərrəsinə qarışıb Vətənə can verən oğullar olub şərəfli ömür və döyüş yolu keçmiş igidlərdir. Müxtəlif dövrlərdə cəngavər, döyüşçü, əsgər və s.adlandırılan həmin oğullar XXI əsrdə xüsusi təyinatlılar kimi I və II Qarabağ savaşlarında tarix yazan qəhrəmanlarımızdır. Onlar Vətənin dar günündə, hər yerdə, hər zaman öndə gələnlərdir. Birincilər adlandırdığımız azsaylı, lakin mürəkkəb döyüşlərdə sinələrini sipər edən igidlərin sırasında adı qürurla çəkilən qəhrəman Şahin Allahyarovun yetişməkdə olan gənc nəsillərə örnək vətənpərvərlik yolu bu baxımdan bizi düşündürür və sabaha inamımızı artırır.

Qəhrəman qazilərin, şəhidlərin tərifə ehtiyacı yoxdur. Onlar şərəfli adları üzərində daşıyan, bunu əməlləri ilə döyüş meydanlarında yaşayan və təsdiq edən şəxsiyyətlərdir. Lakin onların bitməyən, tükənməyən şücaətlərini gənc nəsillərə aşılamaq xüsusilə tarixçilərin missiyasına çevriləcək qədər mühüm və diqqət çəkən məsələdir. Sosial şəbəkələrdə çox sayda şəhid yazılarına, Vətən uğrunda canından keçən igidlərə həsr olunmuş məqalələrə, roman və povestlərə rast gəlmək mümkündür. Həmin yazıların arasında haqqında araşdırmalarımızı davam etdirdiyimiz Şahin kimi müharibədə xüsusi rəşadət və təşəbbüslər göstərərək onlarla əsgərin, zabitin həyatını xilas etmiş oğullarımızın olması bizi təkcə qürurlandırmır, həm də yazmağa, faktları üzə çıxararaq təhlil etməyə, diskussiya açmağa səsləyir. Bu səbəbdən 2020-ci ilin 27 sentyabr tarixindən, yəni Vətən müharibəsindən, o şərəfli 27 sentyabr tarixindən ötən beş il ərzində dövlət və xalq olaraq həyatımızda çox şeylər dəyişdi. Müsbət irəliləyişlər, hərbi və diplomatik sahədə Azərbaycan Respublikasının qazandığı uğurlar dosta fəxarət, düşmənə isə məyusluq və zəlillik gətirdi. 

Şahinin Dövlət Sərhəd Xidmətinin baş giziri, çevik hərəkət qüvvələrinin kəşfiyyatçısı, xüsusi təyinatlı kimi 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələrini sözlə ifadə etmək asan olsa da o anı yaşamaq və dözümlülük nümyaiş etdirmək bir o qədər də asan iş deyil. İgidin keçdiyi qısa və şərəfli 27 sentyabr tarixi sözün həqiqi mənasında onun və silahdaşlarının şərəf tarixinə başlanğıc verən mühüm rəqəmdir. Döyüş yoldaşlarının, qrup komandirlərinin, digər hərbçilərin, müəllimlərinin, xüsusilə Şahinin tarix müəlliminin, sinif yoldaşlarının, həmkəndlilərinin, uşaqlıq dostlarının, valideynlərinin, həyat yoldaşının, bacı və qardaşlarının, qohumlarının, qonşularına qədər hər kəsin Şahinlə bağlı söylədiyi fikirləri dinləmək, əksəriyyətindən müsahibə almaq imkanımız olmuşdur. Bir anlıq düşünün, bu bir informasiya selidir. Hər bir müsahibin qəhrəmanımızla bağlı səsləndirdiyi kövrək xatirələr, zaman-zaman bizi də duyğulandırmış, gözlərimizi yaşardacaq qədər həzin və eyni zamanda informativ olmuşdur.

Şəhid mövzusu insanı davamlı düşündürən və səmimi hisslərlə yazmağa həvəsləndirən mənbə olub bu gün də hadisələri qələmə almaq əzmini gücləndirən, motivasiya edən özəl və bitmək bilməyən, davamlı araşdırmağa ehtiyac duyulan bir məktəbdir. Bu məktəbin Azərbaycanın çoxəsrlik zəfər tarixində xüsusi yeri var. Sahib olduğumuz milli və məni dəyərlər, babalardan ötürülən genetik yaddaş Şahin kimi mübarizlərin yetişməsində əvəzis rol oynayır. 

Vətən oğlunun döyüş qabiliyyətini, psixoloji və fiziki hazırlığını qiymətləndirən döyüş yoldaşları və zabitlər onun XXI əsrin cəngavəri adlandırmışlar. Xüsusi təyinatlıların hər biri öz sahəsində peşəkarlığı, ayıq-sayıqlığı və intellekti ilə digərlərindən seçilir. Təsəvvür edin, döyüş meydanında görünmədən görmək, məhv edərək, yaxud əhəmiyyətli məlumatlar əldə edərək dönmək kimi prinsipləri şüar etmiş həmin qrupa daxil olan igidlərin saniyələr içərisində hərəkət etməsi heç də asan məsələ deyil. Burada həm güc, həm çeviklik, həm sürətli düşünərək və qərar vermək, həm də məntiqlə, hisslərə qapılmadan hərəkət etmək çox vacibdir. Sadalanan bütün müsbət məqamlar DSX-nın xüsusi təyinatlı kəşfiyyatçısı Şahin Allahyarovun şəxsiyyətində bərqərar olmuş və düşmənlə mübarizə cəbhəsində özünü göstərmişdir.

Real döyüş və sıravi hərbi xidmət bu baxımdan bir-birindən çox fərqli yanaşma tələb edən sahələrdir. Məsələ burasındadır ki, Şahin hərbi xidməti dövründə, həmçinin xüsusi təyinatlı kurslarında da bir döyüşçü kimi önə çıxmışdır. Anası Nərgiz Allahyarovanın övladı haqqında dediyi kimi: “Şahin müharibəni bir təlim kimi görürdü”. Bu ifadənin özü Şahinin nə qədər yüksək nizam-intizamlı və peşəkar hərbi qulluqçu kimi yetişdiyini əks etdirən vacib məqamlardan biridir. Yaxud Şahinin atası Hüseynbala Allahyarovla telefon danışığında “Ay ata müharibə yoxdur, biz təlim keçirik, biz qovuruq onlar qaçır” kimi sakitləşdirici, panikadan uzaq ifadələrlə hər iki valideyninin yanan qəlblərinə su səpməsi Vətən oğlunun yüksək ailə tərbiyəsindən xəbər verirdi. Halbuki Şahin həmin anda müharibənin ən qaynar nöqtələrindən danışırdı. Vaxt tapan kimi ana və atası ilə əlaqə qurmağa çalışardı, onların narahatlığını hiss edərək sakitləşdirməyə çalışardı. Bu hal Şahinin nə qədər səbrli və yüksək psixoloji hazırlıqlı olduğunu göstərirdi. Əzizləri isə o anda fərqinə varmamış, onun sözlərindən rahatlıq tapmışlar.

Təlimlərdə göstərdiyi yüksək nəticələr, bir qədər də geriyə baxsaq, Şahin Allahyarovun hələ məktəb illərində idmanda qazandığı uğurlar, karatedə əldə etdiyi birinciliklər, təltiflərindən – medalları, diplom və fəxri fərmanları, kubokları onun haqqında müsbət fikir formalaşdırmaqla yanaşı, 27 sentyabr şərəf tarixindən şəhid olduğu 31 oktyabra və Qubada doğma kəndi Zizikdə torpağa əmanət edildiyi 3 noyabra qədər keçdiyi döyüş yolunu gözlərimizin önündə canlandırır.

Şahinin döyüş yolunu Şuşasız təsəvvür etmək mümkün deyil. Vətən oğlu mürəkkəb döyüşlərin getdiyi, çətin relyefi olan Vətən dağlarından elə Şahin kimi düşmənin üzərinə hücum çəkmiş, qəsbkarlara həddini bildirmişdir. İgidimizin Şuşa istiqamətində gedən son döyüşlərdə şəhadət mərtəbəsinə yüksəlməsi indi həmin torpaqlarda onun əziz xatirəsini yaşadır. Həyat yoldaşı Kəmalə Allahyarova Şuşaya səfərindən danışarkən kövrələrək Vətən torpağında Şahini axtardığını, “Şahin mən gəlmişəm, bəs sən özün haradasan” deyərək qəhərlənmişdi. Gözləri hər tərəfdə Şahini axtarmış, sanki onun ruhu ilə qarşılaşaraq həyacan və göz yaşları ilə övladlarının atası ilə görüşdüyünü dilə gətirmişdir. Belə kövrək məqamları qələmə almaq nə qədər çətin və hüzünlü olsa da biz yazmağa və qəhrəmanımızı tanıtmağa davam etməliyik və bunu edirik.Çünki qəhrəmanlar ölmür, onlar dsatana dönüb əbədiyyət yolçuluğuna çıxır və yaşadıqca da Vətən var olur. 

Şahin həmçinin qohumları və qonşuları arasında da sevilərdi. Bir ömür sürdüyü, qısa və şərəfli həyat yaşadığıkəndində elə bir şəxs yoxdur ki, onun Şahinlə bağlı xatirələri olmasın. Hər kəsin razılıq ilə yad etdiyi şəhidin yüksək əxlaqı, yardımsevərliyi, valideynlərinə, xüsusilə anası Nərgiz Allahyarovaya və bacısı Kübraya bağlılığı onların xatirlərində öz əskini tapır. Vaxt gələcək mənimlə fəxr edəcəksiniz, qürur duyacaqsınız deyən Şahin bunu əməli ilə təsdiq etdi. Şahində Vətənə və bayrağa aşırı ehtiram var idi. Bacısı ilə söhbətlərinin birində: “İstəməzsənki evimiz bayraqlarla bəzənsin, gözəl, yaraşıqlı olsun” deyən Şahinin əslində şəhadətə hazırlşadığını əzizləri təxmin etməmişdi. Vətən oğlunun həmin sözləri ailəsinə son anda bəlli oldu, Şahinin əbədiyyətə ucaldığından sonra gün kimi aydınlığa qovuşdu. 

Üç rəngli Azərbaycan bayrağı – uğrunda uzun illərdir canını fəda edən şəhidlərimizin, Şahinlərimizin and yeri olub. Öpüb gözlərinin üzərinə, alınına qoyduğu Vətənin bir parçası, mühüm atributu olub igidlərimizi yaşadan uca bayrağımız indi Azərbaycanın hər yerində, Qarabağın ürəyi Şuşada və ətraf rayonlarda qürurla dalğalanır. Şahin bayrağımızı yerə düşməyə, düşmənin əlinə keçməyə imkan və fürsət vermədi, onu daim ürəyinin üzərində gəzdirdi. Xain düşmən Şahini qəlbindən vuraraq şəhid etsə də bayraq sevgisini, anaya, torpağa dərin hörmət və məhəbbətini ürəyindən əsla qopara bilmədi. Belə mühüm vətənpərvərlik nümunələri gələcək nəsillərə örnək olmalı və məktəblərdə şagirdlərə, universitetlərdə tələbələrə aşılanmalı, gələcəyimiz sağlam ruhda boy atmalıdır.    

Söylədiklərimiz əlbətdə ki, bir əfsanə deyil, əksinə qəhrəmanımızın şərəf tarixindən sadəcə kiçik bir fraqmentdir. Şahinin Vətən qarşısında, onun ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi əvəzsiz xidmət dövlət tərəfindən yüksək qiymətləndirilmiş və şəhadətindən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən Vətən Müharibəsi Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür. Həmin təltif az sayda, xüsusi hünər, yüksək döyüş tapşırıqlarını qüsursuz yerinə yetirən hərbi qulluqçularla yanaşı onun da qürurlu ailəsinə təqdim olunmuşdur. Həmçinin Şahinin digər təltifləri, ailəsinə göstərilən yüksək dövlət dəstəyi onun adının əbədiləşdirilməsi istiqamətində atılan addımlar hər bir şəhid ailəsinin arxasında dövlət qayğısının dayandığını əks etdirir. 

Şəhidin diqqətə, onun ailə üzvlərinin isə hər gün, hər saat təsəlliyə ehtiyacı var. Onların torpaq uğrunda göstərdikləri şücaətlərin miqyasını ölçmək demək olar ki, mümkün deyil. Çün ki, Şahin kimi oğulların ön cəbhələrdə nümayiş etdirdikləri əzm, rəşadət və igidlik ölçüyə gəlməz dərəcədə yüksəkdir. Bu səbəbdən, Qurani Kərimdə şəhidlərin ölü olmadıqları, diri olduqları, lakin insanların bunu dünyəvi ağılla dərk etmələrinin mümkün olmadığı da on dörd əsr bundan əvvəl insanlara bildirilmişdir.

İllər ötür, lakin qəhrəmanlarımızın zəngin döyüş və ömür yolu haqqında yazılan xatirələrbitmir. Onların arasında Şahin kimi oğulların də öz yeri vərolu var. Şəhidlə bağlı sayca yeddinci məqaləmiz olan hazırki yazı Vətən oğlunun rəşadətinə nəzər salmaq üçün sadəcə bir cəhd olub, araşdırmalarımızın daha geniş boyutda davam etməsinin vacib olduğunu əks etdirir. 

İgidimizin ömür və döyüş səhifəsini kitaba daşımağın vaxtı yetişib və bu istiqamətdə çalışmalarımız davam edir. Əslində isə Şahinin şərəf tarixini, döyüş yolunu səhifələrə, məqalələrə və kitablara sığdırmaq mümkün deyil, şəhidimizin şücaətlərini çərçivəyə salıb təhlil etmək isə heç mümkün deyil. Mövzu o qədər dərin və çoxqatlıdır ki, onu qələmlə yazıb bitirməkdə yazar olaraq çətinlik çəkirəm. Mən deyərdim ki, Şahinin azğın düşmənlə üz-üzə gəldiyi hər an, hər saniyəni qələmə alsaq, qarşımızda cild-cild kitablar görərik. Onun silahdaşları, ümumilikdə Vətən uğrunda canından və qanından keçən hər bir igidimiz haqqında mən belə düşünürəm.   

Azərbaycan xalqının Zəfərinə başlanğıc verən 27 sentyabr şərəf tarixindən bir igidin ömrü qədər uzun illər keçməsə də ötən beş il şəhidlərimiz haqqında yeni məlumatların, maraqlı döyüş səhnələrinin, xatirələrin davam etdiyini, dövlətin hərbi və iqtisadi qüdrətinin artdığını, regionda və eləcə də müasir beynəlxalq münasibətlərdə aparıcı rolunu hər kəsə göstərmiş oldu. İndi Azərbaycan dövlətinin qarşısında yeni hədəflər, perspektivlər, inkişaf və əməkdaşlıq konsepsiyası dayanır. Cənubi Qafqaz regionunda söz sahibi olan Azərbaycan Respublikasının davamlı sülh və əmin-amanlıq yolu yeni investisiya mühiti formalaşdırmış və genişləndirmiş, nəhəng layihələrin gerçəkləşməsi üçün əsas olmuşdur. Burada dövlət başçısının ali iradəsi həlledici rol oynayır.

27 sentyabr Anım Günü artıq bizi birləşdirən bir dəyərə çevrilib. Bu günün fəlsəfəsini və tarixini alimlərimiz hələ uzun illər tədqiq edəcək. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edən oğulların sırasında Şahin Allahyarov şəxsiyyəti də hər zaman xatırlanacaq. Onun və silahdaşlarının göstərdikləri misilsiz şücaətlər, şəhidlərin bizlərə aşıladığı torpaq və bayraq sevgisi qəlblərimizdə xoş xatirə kimi daim yaşayacaq!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Sentyabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri