Icma.az
close
up
RU
27 Sentyabr müqəddəs yaddaşımız, əbədi qürurumuz

27 Sentyabr müqəddəs yaddaşımız, əbədi qürurumuz

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan xalqının tarixində elə günlər var ki, onların mahiyyəti yalnız bir tarix və ya hadisə ilə məhdudlaşmır, milli yaddaşın ayrılmaz hissəsinə çevrilir. 27 Sentyabr - Anım Günü də belə əlamətdar tarixlərdəndir. Bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın, onların müqəddəs ruhu qarşısında sonsuz minnətdarlığın ifadəsidir. Eyni zamanda, 27 Sentyabr xalqımızın milli iradəsinin, sarsılmaz həmrəyliyinin və Vətən sevgisinin təcəssüm etdiyi Vətən müharibəsinin başlanğıc günü kimi tariximizə həkk olunub.

Bu tarixə aparan yol isə uzun illər davam edən işğal, nəticəsiz danışıqlar, hərbi təxribatlar və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunmuşdu. Ermənistanın işğalçı siyasəti, ifrat millətçilik və ərazi iddiaları üzərində qurulan yanaşmaları, tarixi faktların təhrif edilməsi və müxtəlif dairələrin “dənizdən dənizə Ermənistan” kimi əsassız ideyaları regionda qarşıdurmanı dərinləşdirən əsas amillər sırasında idi. Xarici dəstək və silahlandırma nəticəsində Azərbaycan ərazilərinin 20 faizə yaxını işğal edilmiş, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin salınmış, şəhər və kəndlərimiz dağıdılmış, tarixi və mədəni irsimizə ağır zərər vurulmuşdu.
Azərbaycan bütün bu illər ərzində beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək münaqişənin danışıqlar yolu ilə həllinə çalışdı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təsdiqlənir, işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılması tələb olunurdu. Lakin həmin qətnamələrin icrası təmin edilmədi. Bu vəziyyət beynəlxalq münasibətlər sistemində “ikili standartlar” kimi qiymətləndirilən yanaşmalarla bağlı haqlı narazılıqları daha da artırdı.
Sülhsevər və tolerant xalq olan Azərbaycan xalqı bütün bunlara baxmayaraq, uzun illər münaqişənin sülh yolu ilə həllinə ümidini qorudu. Lakin işğalın davam etdirilməsi, danışıqlar prosesinin nəticəsiz qalması və mütəmadi hərbi təxribatlar artıq qəbuledilməz həddə çatmışdı. 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən hadisələr, ardınca Ermənistanın yeni hərbi təxribatlara əl atması vəziyyəti daha da gərginləşdirdi. 27 sentyabr 2020-ci ildə genişmiqyaslı hərbi əməliyyatların başlanması isə Azərbaycan xalqının illərlə davam edən işğalla barışmadığını və öz torpaqlarını azad etmək əzmini bütün dünyaya nümayiş etdirdi.
Beləliklə, 44 günlük Vətən müharibəsi başladı. Bu müharibə Azərbaycan xalqının misilsiz həmrəyliyini, ordumuzun gücünü və əsgər-zabitlərimizin qəhrəmanlığını bütün dünyaya göstərdi. Həmin günlərdə ölkəmizin hər bir guşəsində insanlar vahid amal ətrafında birləşmişdi. Cəbhədə əsgər və zabitlərimiz döyüşür, arxa cəbhədə milyonlarla insan Ordumuza mənəvi dəstək verirdi. “Öldü var, döndü yoxdur!” şüarı həmin günlərdə xalqımızın vətənpərvərlik ruhunun ifadəsinə çevrilmişdi.
Müzəffər Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri və çoxsaylı yaşayış məntəqələri işğaldan azad edildi. 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı. Bu Qələbə hərbi və siyasi yolların vəhdəti nəticəsində təmin edildi, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu.
Bu şanlı Qələbənin əldə edilməsində ən böyük pay isə Vətən uğrunda canından keçən şəhidlərimizə məxsusdur. Onların qəhrəmanlığı Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birini təşkil edir. Qazilərimiz də Vətən müharibəsinin canlı qəhrəmanları, xalqımızın qürur mənbəyidir. Şəhid və qazilərimizin fədakarlığı qarşısında hər birimizin mənəvi borcu sonsuzdur.
Azərbaycan dövləti Vətən müharibəsində göstərilən qəhrəmanlığın əbədiləşdirilməsi, şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Vətən müharibəsi ilə bağlı orden və medalların təsis edilməsi, şəhidlərin adlarının əbədiləşdirilməsi, Hərbi Qənimətlər Parkının, Zəfər Parkının və Zəfər Muzeyinin yaradılması xalqımızın Qələbə tarixinin gələcək nəsillərə çatdırılmasına xidmət edir. Şəhid ailələrinə və qazilərə göstərilən hərtərəfli dövlət qayğısı isə Vətən qarşısında xidmət etmiş insanların və onların ailələrinin daim dövlətin diqqətində olduğunu nümayiş etdirir.
27 Sentyabr - Anım Gününün təsis edilməsi şəhidlərimizin xatirəsinə dövlət və xalq səviyyəsində göstərilən yüksək ehtiramın ifadəsidir. 2021-ci il sentyabrın 27-də Bakıda keçirilmiş yürüş, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Vətən Müharibəsi Memorial Kompleksi ilə Zəfər Muzeyinin təməlinin qoyulması bu ehtiramın parlaq nümunələrindəndir.
Bu gün işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, doğma yurdlarından didərgin düşmüş soydaşlarımız öz torpaqlarına qayıdırlar. Beləliklə, şəhidlərimizin canı bahasına əldə edilmiş Zəfər yeni həyatın, quruculuğun və Böyük Qayıdışın möhkəm təməlinə çevrilir.
27 Sentyabr həm hüzn, həm qürur, həm də mənəvi məsuliyyət günüdür. Hüzn ona görə ki, Vətən öz qəhrəman övladlarını itirib, qürur ona görə ki, onların fədakarlığı Azərbaycan tarixinin ən möhtəşəm Zəfərlərindən birini təmin edib. Mənəvi məsuliyyət isə ondan ibarətdir ki, şəhidlərimizin bizə əmanət etdiyi Zəfər irsini qorumaq, müstəqil Azərbaycan dövlətini daha da gücləndirmək və gələcək nəsillərə əmanət etmək hər birimizin müqəddəs borcudur. Bu əlamətdar gündə Vətən müharibəsində canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edir, onların ruhu qarşısında baş əyirik. Qəhrəman əsgər və zabitlərimizin, qazilərimizin şərəfli döyüş yolu daim xalqımızın qürur mənbəyi olacaqdır.
Şəhidlərimizin müqəddəs xatirəsi daim yaşayacaq, onların qəhrəmanlığı Azərbaycan xalqının milli yaddaşında əbədi qalacaqdır.

Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri