Icma.az
close
up
RU
28 ci Beynəlxalq Xəzər Şeir Axşamlarında Azərbaycan şairləri uğurla çıxış ediblər

28 ci Beynəlxalq Xəzər Şeir Axşamlarında Azərbaycan şairləri uğurla çıxış ediblər

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türk Dünyasının ortaq ədəbi irsini və mədəni birliyini möhkəmləndirən 28-ci “Beynəlxalq Xəzər Şeir Axşamları” Türkiyənin Elazığ şəhərində böyük təntənə ilə qeyd edilib. Əhməd Teyfik Ozan Sərgi və Konqres Mərkəzində keçirilən tədbir TÜRKSOY-un dəstəyi ilə gerçəkləşib və Türk Dünyasının müxtəlif ölkələrindən gələn şairləri, sənət adamlarını və gənc istedadları bir araya gətirib.

Bu ilki poeziya axşamlarında Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Makedoniya və digər ölkələrdən gələn 50-yə yaxın şairin səsləndirdiyi poetik nümunələr Türk milli düşüncəsinin səsinə çevrilib. Onların sırasında Azərbaycan nümayəndə heyəti də öz bədii çıxışları ilə tədbirə xüsusi rəng qatıb.

Azərbaycanı bu mötəbər tədbirdə bir neçə tanınmış ədəbiyyat nümayəndəsi təmsil edib.

Azərbaycan, Türkiyə və Özbəkistan Yazıçılar Birliklərinin üzvü, Türk Dünyası Qadın Şairlər Birliyinin başqanı, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, vətənpərvər şairə Xuraman Muradovanın səhnədəki çıxışı böyük coşqu ilə qarşılanıb. Xuraman Muradova “Türkün xanımı” adlı şeirini səsləndirərək Türk qadınının mənəvi gücünü, mədəni irsdəki rolunu və birlik ruhunu poetik dillə ifadə edib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Poeziya bölməsinin başqanı, Türk Ədəbiyyatı Vəqfinin fəxri üzvü, şair-publisist İbrahim İlyaslı da çıxış edib. Onun səsləndirdiyi “Turan yaşasın!” adlı şeir Türk Dünyasının birliyini, milli kimliyi və mənəvi həmrəyliyi tərənnüm edərək tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycanı təmsil edən gənc şairlər Elvin Əlizadə və Ramil Əhməd də səhnədə çıxış edərək öz poetik nümunələrini səsləndiriblər. Onların çıxışları gənc nəsil Azərbaycan poeziyasının yenilikçi ruhunu və müasir ədəbi baxışlarını nümayiş etdirib.

Tədbirdə, həmçinin Mehmet Ömer Kazancı, Leyla Şerif Emin, Nuralı Kabul, İnci Okumuş, Talat Ülker, Mehmet Sümer, Gonca Hatunoğlu və digər ölkələrdən gələn tanınmış şairlər də çıxış edərək Türk dünyasının ədəbi birliyinə poetik töhfələrini veriblər.

Tədbirdə çıxış edən natiqlər — Bilal Ərdoğan, Kürşad Zorlu, Dr. Batuhan Mumcu, Numan Hatipoğlu və Şahin Şerifoğulları — Türk Dünyasında mədəni və ədəbi həmrəyliyin əhəmiyyətini vurğulayıblar.

Final mərasimində Türk Dünyasına Xidmət Mükafatları Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğana və Nobel mükafatı laureatı professor Aziz Sancar adına Fırat Universitetinin tələbəsi Yusif Kaan Yıldırıma təqdim olunub.

Bu ilki Şeir Axşamlarının ərsəyə gəlməsində xüsusi xidmətlərinə görə Türk Ədəbiyyatı Vəqfinin Başqanı, dəyərli ədəbiyyat xadimi, Türk Dünyasının tanınmış şairi Sərhat Kabaklıya da minnətdarlıq ifadə olunub. Onun fədakar dəstəyi və ədəbi missiyası sayəsində “Xəzər Şeir Axşamları” Türk Dünyasının ruhunu və birliyini bir daha yaşadıb.

TÜRKSOY-un dəstəyi ilə həyata keçirilən bu tədbir, Türk xalqları arasında mədəni, ədəbi və mənəvi bağların daha da möhkəmlənməsinə xidmət edib. Azərbaycan şairlərinin çıxışları isə gecənin ən yaddaqalan və alqışlarla qarşılanan məqamları kimi dəyərləndirilib.

Elazığın poetik ruhunu ifadə edən “Türk Dünyasının ruhu Elazığda şeirə çevrildi” devizi altında keçirilən builki Xəzər Şeir Axşamları, Türk Dünyasının ortaq səsi, ortaq duyğusu və ortaq gələcəyinə inamın rəmzinə çevrilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Oktyabr 2025 23:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri