Icma.az
close
up
RU
Azərbaycan şairləri 28 ci Beynəlxalq Xəzər şeir axşamları nda yaddaqalan çıxışlar ediblər

Azərbaycan şairləri 28 ci Beynəlxalq Xəzər şeir axşamları nda yaddaqalan çıxışlar ediblər

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ankara, 27 oktyabr, AZƏRTAC

Türk dünyasının ortaq ədəbi irsini və mədəni birliyini möhkəmləndirən 28-ci “Beynəlxalq Xəzər şeir axşamları” Türkiyənin Elazığ şəhərində böyük təntənə ilə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Əhməd Teyfik Ozan Sərgi və Konqres Mərkəzində keçirilən tədbir TÜRKSOY-un dəstəyi ilə gerçəkləşib və Türk dünyasının müxtəlif ölkələrindən gələn şairləri, sənət adamlarını və gənc istedadları bir araya gətirib.

Bu ilki poeziya axşamlarında Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Makedoniya və digər ölkələrdən gələn 50-yə yaxın şairin səsləndirdiyi poetik nümunələr Türk milli düşüncəsinin səsinə çevrilib. Onların sırasında Azərbaycan nümayəndə heyəti də öz bədii çıxışları ilə tədbirə xüsusi rəng qatıb.

Azərbaycanı bu mötəbər tədbirdə bir neçə tanınmış ədəbiyyat nümayəndəsi təmsil edib.

Azərbaycan, Türkiyə və Özbəkistan Yazıçılar Birliklərinin üzvü, Türk Dünyası Qadın Şairlər Birliyinin başqanı, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, vətənpərvər şairə Xuraman Muradovanın səhnədəki çıxışı böyük coşqu ilə alqışlanıb. Xuraman Muradova “Türkün xanımı” adlı şeirini səsləndirərək Türk qadınının mənəvi gücünü, mədəni irsdəki rolunu və birlik ruhunu poetik dillə ifadə edib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin poeziya bölməsinin rəhbəri, Türk Ədəbiyyatı Vəqfinin fəxri üzvü, şair-publisist İbrahim İlyaslının səsləndirdiyi “Turan yaşasın!” adlı şeir Türk dünyasının birliyini, milli kimliyi və mənəvi həmrəyliyi tərənnüm edərək tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycanı təmsil edən gənc şairlər Elvin Əlizadə və Ramil Əhmədin çıxışları gənc nəsil Azərbaycan poeziyasının yenilikçi ruhunu və müasir ədəbi baxışlarını nümayiş etdirib.

Tədbirdə, həmçinin Mehmet Ömer Kazancı, Leyla Şerif Emin, Nuralı Kabul, İnci Okumuş, Talat Ülker, Mehmet Sümer, Gonca Hatunoğlu və digər ölkələrdən gələn tanınmış şairlər də çıxış edərək Türk dünyasının ədəbi birliyinə poetik töhfələrini veriblər.

Tədbirdə çıxış edən natiqlər - Bilal Ərdoğan, Kürşad Zorlu, Batuhan Mumcu, Numan Hatipoğlu və Şahin Şerifoğulları Türk dünyasında mədəni və ədəbi həmrəyliyin əhəmiyyətini vurğulayıblar.

Final mərasimində “Türk dünyasına xidmət” mükafatları Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğana və Nobel mükafatı laureatı professor Aziz Sancar adına Fırat Universitetinin tələbəsi Yusif Kaan Yıldırıma təqdim olunub.

Bu ilki şeir axşamlarının ərsəyə gəlməsində xüsusi xidmətlərinə görə Türk Ədəbiyyatı Fondunun Başqanı, dəyərli ədəbiyyat xadimi, Türk dünyasının tanınmış şairi Sərhat Kabaklıya iştirakçılar tərəfindən böyük minnətdarlıq ifadə olunub. Onun fədakar dəstəyi və ədəbi missiyası sayəsində “Xəzər şeir axşamları” Türk dünyasının ruhunu və birliyini bir daha yaşadıb.

TÜRKSOY-un dəstəyi ilə həyata keçirilən bu tədbir, Türk xalqları arasında mədəni, ədəbi və mənəvi bağların daha da möhkəmlənməsinə xidmət edib. Azərbaycan şairlərinin çıxışları isə gecənin ən yaddaqalan və alqışlarla qarşılanan məqamları kimi dəyərləndirilib.

Elazığın poetik ruhunu ifadə edən “Türk Dünyasının ruhu Elazığda şeirə çevrildi” devizi altında keçirilən builki “Xəzər şeir axşamları” Türk dünyasının ortaq səsi, ortaq duyğusu və ortaq gələcəyinə inamın rəmzinə çevrilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see251

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see239

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see232

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see173

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see158

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see156

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see149

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see148

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see145

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see141

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see141

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri