28 il əvvəl qətl törədən killer saxlanılıb
Icma.az, Azpost saytına istinadən bildirir.
Soçidə hüquq-mühafizə orqanları 28 il əvvəl törədilmiş sifarişli qətlin iştirakçısını saxlayıb.
AzPost xəbər verir ki, hadisə 1997-ci ildə Norilsk şəhərində baş verib. İstintaq materiallarına görə, qətl yerli mütəşəkkil dəstənin daxili qarşıdurması zəminində həyata keçirilib.
Məlumata görə, dəstənin liderinin qohumu ilə baş vermiş münaqişədən sonra sifarişçi öz tabeliyində olan şəxsi aradan götürmək qərarına gəlib. Bu məqsədlə o, iki nəfəri killer kimi cəlb edib və onlara TT markalı tapançalar, maska və kamuflyaj geyimləri təqdim edib.
12 sentyabr 1997-ci il gecəsi silahlı şəxslər mənzilə hücum edərək hədəf seçilmiş şəxsi atəşlə qətlə yetiriblər. O vaxt cinayətkarların kimliyi müəyyən edilməmiş, iş illərlə bağlı qalmışdı.
Yalnız 2025-ci ildə istintaqın yenilənməsi nəticəsində yeni şahid ifadələri üzə çıxıb. Bu ifadələr əsasında qətli törədən şəxslərdən biri müəyyən edilib. Onun 51 yaşlı Soçi sakini olduğu, hadisə vaxtı isə Norilskdə yaşayaraq OPG fəaliyyətində fəal iştirak etdiyi məlum olub.
Hazırda saxlanılan şəxsin barəsində istintaq aparılır. Qətlin sifarişçisi isə sonradan digər kriminal qarşıdurmada öldürülüb, ikinci icraçı isə hələ də federal axtarışdadır.
Paylaş

