“Məktəb vaxtı 2 3 oğlanı sevirdim..." Xalq artisti
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Xalq artisti Röya Ayxan şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib.
"Bakupost" Milli.Az-a istinadla xəbər verir ki, pop ulduz məktəb illərini xatırlayaraq həmin dövrdə sevgi münasibətinin olmadığını etiraf edib.
Müğənni bildirib ki, yeniyetməlik vaxtı bir neçə oğlana rəğbət bəsləsə də, hissləri qarşılıqlı olmayıb. Onun sözlərinə görə, bəyəndiyi oğlanlar ona diqqət göstərməyiblər.
Sənətçi Xəyyam Nisanovla eyni məktəbdə təhsil aldıqlarını da xatırladıb:
"Sevgilim olmayıb. Məktəb vaxtı 2-3 oğlanı sevirdim, onlar da adam yerinə qoyub üzümə baxmırdılar. Xəyyam Nisanovla bir məktəbdə oxumuşuq. Deyir ki, arada dostlarımızla oturanda deyirlər ki, bu böyüdü, nə gözəl qız oldu. Məktəb vaxtı arxamızca düşürdü. Xəyyama da deyirdim ki, sinif yoldaşını sevirəm. Ancaq gənclik vaxtı fikir verən, gənclik sevgim olmayıb".
Röya Ayxan qazandığı uğurların və tanınmağının sonrakı dövrə təsadüf etdiyini deyib: "Mən nə qazanmışamsa, tanınandan sonra olub".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 29 Oktyabr 2026 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















