28 May istiqamətinə bu gülləri mərhum qızın atası gətirir
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı şəhərində Sahil metrostansiyasından 28 May stansiyası istiqamətinə aparan yolda məhəccərin üzərində diqqət çəkən bir mənzərə var: orada həmişə təzə güllər olur.
"Sherg.az" xəbər verir ki, bu barədə "Molla Nəsrəddin" səhifəsi paylaşım edib. Sakinlərin bildirdiyinə görə, ötən il məhz həmin ərazidə ağır yol-nəqliyyat hadisəsi baş verib. Skuterlə hərəkət edən gənc qız avtomobilin vurması nəticəsində həyatını itirib. Hadisədən sonra həmin nöqtə sanki səssiz bir xatirə yerinə çevrilib.
Ərazidən gündəlik istifadə edən vətəndaşlar deyir ki, məhəccərin üzəri heç vaxt gülsüz qalmır. Hər dəfə fərqli, təzə və solmamış güllər görürlər. Onların sözlərinə görə, bu gülləri mərhum qızın atası gətirir.
“Neçə vaxtdır bu yoldan keçirik, oranı gülsüz xatırlamırıq. Güllər daim təzə olur. Elə bil kimsə hər gün gəlib dəyişir”, – deyə sakinlər bildirir.
Bu güllər artıq sadəcə bir xatirə deyil, eyni zamanda yoldan keçənlər üçün səssiz bir xəbərdarlıqdır – diqqətsizliyin, sürətin və biganəliyin acı nəticəsini xatırladan bir işarə.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 11 Yanvar 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















