Icma.az
close
up
RU
28 May yüzillər boyu sönməyən bir ocağın alovlandığı gündür ŞƏRH

28 May yüzillər boyu sönməyən bir ocağın alovlandığı gündür ŞƏRH

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 28 may, AZƏRTAC

28 May – Azərbaycan tarixində yalnız bir təqvim günü deyil. Bu gün, millət olaraq bizim azadlıq iradəmizin, milli kimliyimizin və dövlətçilik şüurumuzun bərqərar olduğu, yüzillər boyu sönməyən bir ocağın alovlandığı gündür. 1918-ci il mayın 28-də elan olunan Azərbaycan Xalq Cümhuriyyəti ilə xalqımız təkcə siyasi müstəqillik əldə etmədi – həm də demokratik, hüquqi və dünyəvi dövlət quruculuğuna başladığını dünyaya nümayiş etdirdi.

Azərbaycan Xalq Cümhuriyyəti öz dövrü üçün fövqəladə dərəcədə irəliyə dönük bir dövlət modeli idi. Bu Cümhuriyyət yalnız coğrafi sərhədlər çərçivəsində deyil, mənəvi və siyasi anlamda da Şərqin ilk demokratik dövləti kimi tarixə düşdü. Cəmi 23 aylıq fəaliyyəti ərzində qəbul edilən qərarlar, həyata keçirilən islahatlar və təsis olunan institutlar Azərbaycanın gələcək müstəqil dövlətçilik yolunun təməl daşlarını təşkil etdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

O qeyd edib ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti çox qısa müddətdə dövlətin mühüm sütunlarını formalaşdırdı. Parlamentin yaradılması, dövlət atributlarının - bayraq, gerb və himnin təsdiqi, Azərbaycan dilinin rəsmi dil elan edilməsi, qadınlara səsvermə hüququnun verilməsi kimi addımlar yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də ciddi rezonans doğurdu. Qərb demokratiyasının əsas prinsipləri ilə Şərq düşüncə tərzini birləşdirən bu idarəetmə modeli xalqın milli mənsubiyyətini, kimliyini və hüquqlarını təmin edən mühüm bir platforma yaratdı. Bu dövr, həmçinin milli təhsil sisteminin, ordu və təhlükəsizlik strukturunun əsaslarının qoyulması ilə yadda qaldı. Qısa müddətdə Azərbaycan siyasi mədəniyyətin, vətəndaş bərabərliyinin və milli həmrəyliyin nümunəsini ortaya qoydu.

Bu şanlı tarixin 1920-ci ilin aprelində dayandırıldığnı təəssüflə qeyd edən deputat deyib: “Sovet işğalı nəticəsində xalqımız azadlığını yenidən itirdi, lakin azadlıq ideyası, Cümhuriyyətin qoyduğu irs xalqın yaddaşından heç vaxt silinmədi. Sovet dönəminin ən çətin zamanlarında belə bu ideyalar gizli şəkildə yaşadıldı və nəhayət, 1991-ci ildə müstəqilliyimiz yenidən bərpa olundu. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunması, bu irsin yenidən reallığa çevrilməsi demək idi. Amma müstəqil dövlət qurmaq heç də asan məsələ deyildi. Daxili çəkişmələr, xarici təzyiqlər və işğal siyasəti ölkəmizi dağılma təhlükəsi ilə üz-üzə qoymuşdu. Məhz belə bir taleyüklü anda xalqımızın böyük oğlu, Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıdaraq Azərbaycanın müstəqil gələcəyini təmin etdi. O, dövlət quruculuğuna sistemli yanaşması, uzaqgörənliyi və siyasi qətiyyəti ilə ölkəmizi sabitliyə, iqtisadi dirçəlişə və beynəlxalq nüfuza qovuşdurdu. Ulu Öndərin dəfələrlə vurğuladığı kimi, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində qızıl hərflərlə yazılmış bir dövrdür və biz bu dövlətin siyasi varisiyik”.

M.Məmmədli bildirib ki, bu gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını yeni mərhələyə uğurla daşıyır. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı ilə suverenliyin tam bərpası – bunların hər biri müstəqil dövlətimizin gücünün və siyasi iradəsinin göstəricisidir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Qarabağda həyata keçirilən bərpa və quruculuq işləri, tarixi torpaqlarda həyatın yenidən canlandırılması Cümhuriyyət qurucularının ruhunu sevindirən faktlardır. Bugünkü Azərbaycan dövlətçiliyi, onun siyasi və iqtisadi gücü, beynəlxalq nüfuzu Cümhuriyyətin qoyduğu ideya bazasının inkişafı nəticəsində əldə olunmuş uğurlardır.

“28 May tariximizin yalnız bir parçası deyil, bu, həm də gələcək nəsillərə daşımalı olduğumuz mənəvi və siyasi mirasdır. Azərbaycan Xalq Cümhuriyyəti bizi biz edən dəyərlərin, birlik və iradənin simvoludur. Biz bu irsə sahib çıxmalı, onu yaşatmalı və gələcək nəsillərə ötürməliyik. Çünki bu gün müstəqil, güclü və qalib Azərbaycan varsa, bu, həm 1918-ci il mayın 28-də atılan addımın, həm də o ideallara sadiqliyin nəticəsidir”, - deyə deputat vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 May 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see242

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see198

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see180

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see150

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see140

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see132

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see131

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see129

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see129

Balıqçının soxulcan axtarışı tarixi dəyişdirdi: 2500 illik nadir tapıntı

16 Yanvar 2026 03:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri