Icma.az
close
up
RU
28 aprelin 28 may qətliamı

28 aprelin 28 may qətliamı

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yaxud 71 illik əsarətin 35 il əvvəlki iflası

…Əgər tarixin təkəri saat əqrəbinin əksi istiqamətində hərəkətini davam etdirsəydi, bu gün biz “Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 106-cı ildönümü”nü qeyd etməyə məcbur idik. Təqvimlərimizdə isə noyabrın 7-si “Böyük Oktyabr Sosialist İnqilabının 109-cu ildönümü” sözləri qırmızı hərflərlə yazılmış olardı.

Proletar diktaturasının SSRİ adlanan quruluşu tarixi dialektikanın qanunlarına tamamilə zidd olaraq 71 il davam etdi. 15 respublika, o cümlədən “sovet Azərbaycanı” “qırmızı imperiya”nın “xalqlar həbsxanasında” yaşamalı oldu.

28 aprel Azərbaycan tarixin yeni əsarətin başlanğıcıdır. 7 onillik ərzində bu təcavüzdən Azərbaycan türklərinin təkcə dövlətçilik tarixinə qarşı deyil, milli kimliyinin və dəyərlərinin üzərinə çirkablar atıldı, beyinlərə saxta və çürük ideologiya sırımaq istədilər.

Tarix kitablarında bizə yurdumuzun az qala daş dövrünü öyrətsələr də, 1920-ci il aprel işğalına qədərki maarifçilik, milli azadlıq hərəkatı və müstəqil dövlətçilik dövrünü yaddaşımızdan silməyə çalışdılar. Amma təməli saxta ideologiyadan ibarət rus-bolşevik rejimi o illərin həqiqətlərini, aprelin maydan sonra anormal gəlişini şərtləndirən amilləri nəsillərin hafizəsindən təmizləməyi bacarmadı.

Şərqdə ilk demokratik quruluşun – Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna səbəb olmuş hadisələrin inkişaf yoluna qısa nəzər yetirək. 1918-ci il sentyabrın 15-də Azərbaycana köməyə gəlmiş Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Bakını bolşevik, eser-daşnak qoşunlarından azad etsə də, bu antimilli qüvvələr tamamilə məhv edilməmişdi. Separatçılar şimaldan aldıqları yardımların sayəsində tədricən gücləndilər, 1919-cu ilin ikinci yarısından isə xüsusilə fəallaşdılar. Silahlı çevriliş yolu ilə Azərbaycanda hakimiyyətin ələ keçirməyə hazırlıq görülürdü. Bu çərçivədə 1919-cu ilin yayında Rusiya Kommunist (bolşevik) Partiyasının Bakı komitəsi xüsusi hərbi-texniki komissiya yaratmışdı.

Rusiya Silahlı Qüvvələri baş komandanı S.Kamenevin 22 mart 1920-ci il tarixli direktivində deyilirdi ki, Qafqaz cəbhəsində Denikin ordusunun məğlub edilməsindən sonra Rusiya qoşunları Bakı istiqamətində hücumu davam etdirməli və keçmiş Bakı quberniyasının ərazisini bütünlüklə işğal etməlidir. Martın 28-də onun V.Leninə məruzəsində bildirilirdi: “Terek vilayətinin və Qroznının tutulması haqqında Rusiya hökumətinin direktivindən irəli gələn vəzifələr artıq yerinə yetirilib. Qarşıda Bakı istiqamətində hücumun davam etdirilməsi ilə bağlı hökumətin yeni direktivindən irəli gələn vəzifələrin həlli dayanıb”.

***

XI qırmızı ordunun 20-ci diviziyası hücumqabağı mövqeni Dərbənddə tutmuşdu. Bu diviziya hücuma aprelin 27-i gecə keçməli və elə səhəri gün Yalama stansiyasına çıxmalı idi. 1920-ci il aprel ayının 28-si, saat 00:05 dəqiqədə 70 minlik XI qırmızı ordu, öndə 3 zirehli qatar və 300 nəfərdən ibarət piyada desant olmaqla, Samur çayının üzərindəki körpünü keçir. İşğalçı ordu ilə Anastas Mikoyan, Qəzənfər Musabəyov bolşevik süngüləri üzərində Azərbaycanda şura hökuməti qurmağa gəlirdilər. Ruslar qəflətən hücum etmək istəyirdilər. Onların desantı stansiya ilə sərhəd məntəqələrini birləşdirən telefon xətlərini kəsir. Amma Azərbaycan Ordusunun Quba alayının zabiti Ağaəli Babazadənin rəhbərliyi altında bir neçə yüngül top və pulemyotla silahlanmış iki rota, 300 nəfərdən ibarət süvari eskadronu və kiçik jandarm dəstəsi Yalama stansiyası yaxınlığında düşməni gözləyirdi. Qarnizonu gözlənilən hücumdan süvari patrullar xəbərdar etmişdilər. Fəqət qüvvələr qeyri-bərabər idi. Həmdulla Əfəndinin könüllülər dəstəsindən savayı, köməyə yetişən olmadı. Yalama qarnizonu bolşeviklərin hücumuna iki saat davam gətirə bildi. 350 döyüşçü son nəfəsinədək vuruşdu, sağ qalanlar partizan dəstələrinə qoşulmaq üçün geri çəkildi. Bununla da rus bolşeviklərinin Bakıya yolu açıldı…

***

1920-ci il aprel ayının 28-də Sovet Rusiyası qoşunlarının hərbi müdaxiləsi nəticəsində Azərbaycanın dövlətçilik və müstəqillik tarixinin ən şərəfli mərhələsi sayılan Xalq Cümhuriyyəti süqut etdi. Cəmi 23 ay azadlığı dadan Azərbaycanda həyatın bütün sahələrində köklü dəyişikliklərin əsası qoyulmuşdu. Nə yazıq ki, Vətənimiz aldadıcı şüarlar altında bölgəyə soxulmuş Rusiyanın hegemonluğu altına düşdü və xalqın həyatında yeni əsarət dövrü başladı. Bolşevik-daşnak “çete”si Azərbaycanda milli hökuməti devirəndən sonra irticaya və “manqurtlaşdırmaya” start verildi. Milli fədailərin əksəriyyəti qırmızı işğalla barışmayıb yurdu tərk etdi, bir çoxu isə dərdə tablaşmayıb çərləyib öldü. Beləcə, cəmi 23 ay müstəqil olmuş Azərbaycanın yetmiş bir illik qara günləri başladı.

…Azərbaycan Cümhuriyyəti Azərbaycan türklərinin tarixdə özünüdərk, özünüifadə etdiyi nadir hadisələrdən biridir. İndi o şanlı tariximiz ay-ay, gün-gün öyrənilir, araşdırılır və tədris olunur. O dövrdə bolşevik Rusiyasının törətdiyi tarixi cinayəti isə bu gün ən yüksək tribunalardan, həm də çəkinmədən dilə gətirilir.

Azərbaycan Prezidenti İlham Əliyev keçən ilin avqustunda Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Rusiyanın Azərbaycanla bağlı işğalçılıq siyasətinin tarixi köklərinə toxunaraq bildirib: “1917-ci ildə Rusiya imperiyası süqut etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu, 1918-ci ilin mayında qurulan, müsəlman dünyasında ilk demokratik respublika idi. Biz öz dövlətimizi qurduq, amma bolşeviklər bu dövləti əlimizdən aldılar. 1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi”.

Cümhuriyyətin süqutundan 70 il sonra məmləkətimzin səmasında azadlıq Günəşi yenidən doğdu. Onun gec-tez doğacağına, bir kərə yüksələn bayrağın heç vaxt enməyəcəyinə son nəfəsinə qədər inanan M.Ə.Rəsulzadə yüz üç il bundan əvvəl – 1923-cü ildə XX əsrin son imperiyasının diktatoru İosif Vissarionoviç Stalinə məktubunda yazırdı: “Moskvada olduğum iki il ərzində mən Şərq millətlərinin və xüsusilə türk ellərinin nicatının yalnız özlərində, özünü bir millət kimi tanımalarından ibarət olduğuna qəti surətdə inandım. Bunun üçün sisteminizdə millətin özünə bəslədiyi bu inamın kökündən yox edildiyini və milli anlamının milli inqilab anlamına təbdil edildiyinə soyuqqanlı baxa bilmirdim”.

Məktubda daha sonra deyilir: “Şərq millətləri kommunist həyatı ilə deyil, öz milli həyatları ilə yaşamaq istəyirlər. Bu məqsədlə də onlar özlərini əsir edən qüvvələrə qarşı mübarizə aparırlar və bu mübarizələrində onlara yardım edə biləcək müttəfiqlər axtarırlar. Bir zaman onlar Vilsonun prinsiplərinə inandılar; sizin şüarlarınız isə onlara daha cəlbedici göründü. Fəqət, heyhat, Vilson prinsipləri Versal, Trianon və Sevr müqavilələrinə müncər oldusa, sizin şüarlarınız da Ukrayna, Türküstan və Qafqazın yenidən istilası ilə nəticələndi. Buna görə də vətənim Azərbaycanın sizin işğal və əsarətinizə qarşı mübarizəyə qəhrəman Türkiyənin Antantaya qarşı yürütdüyü mücadilə qədər bir haqqı vardır”.

Məktub İstanbulda çıxan “Yeni Qafqazya” dərgisinin 23.01.1923-cü il tarixli 5-ci sayında dərc olunub. Sonradan bu məktub M.Ə.Rəsulzadənin “Stalinlə ixtilal xatirələri” adlı məşhur kitabında da yer alıb.

...Əslində biz 106 il bundan əvvəl tarixin təbii axarının tərsinə çevrildiyinin rəmzi sayılan bu təqvim gününü Şərqdə demokratik quruluşlu ilk dövləti – Azərbaycan Xalq Cümhuriyyətini yoxdan yaradan, sonra onun milli ideya kimi yaddaşlardan silinməməsi, yaşaması üçün Nargində güllələnən, Sibirdə donan, türmələrdə çürüyən, qəzetlərdə, ədəbiyyatda alçaldılan, qürbətdə çərləyən fədailərimizin Anım Günü kimi qeyd etməliyik. Bu, XX əsrin sonlarında S.M.Kirov adına “Qırmızı Əmək Bayrağı” ordenli Azərbaycan Dövlət Universitetinə qəbul olub, M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetini bitirən müəllifin heç də sadəlövh arzusu, romantik duyğusu deyil, tarixin məhvərini dialektik qanunauyğunluğa qarşı çevirmək istəyənlərə bəşəri və ümumxalq etirazın ifadəsi olardı.

İmran BƏDİRXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Aprel 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri