28 Mayda bu qatarı görənlər sevinir Xüsusi vaxtda gəlir VİDEO
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Bakıda 18:00-da həyat canlanır.
Milli.Az xəbər verir ki, həmin saatda yollar, metrolar, avtobuslar, dayanacaqlar, platformalarda izdiham yaşanır.
Sıxlığın ən çox olduğu yerlər isə metro stansiyalarının girişi və platformalardır. Xüsusilə, 28 May stansiyasının platformasında bu saatlarda hədsiz dərəcədə çox sərnişin olur.
Aydın məsələdir ki, 28 May stansiyası Cəfər Cabbarlı stansiyasına keçid rolunu oynadığı üçün sərnişinlərin çoxluğu normaldır. Metroploiten də bu sıxlığı azaltmaq üçün gələcəyə yönəlmiş addımlar atıb və hazırda tikinti işləri gedir.
Hazırda isə bu sıxlığı azaltmaq üçün daha effektiv iş görülüb. Belə ki, hər gün 18:30-33 dəqiqələri arasında tamamilə boş vaqonlardan ibarət qatar 28 may platformasında Dərnəgül istiqamətində hərəkət edən sərnişinlərin ixtiyarına verilir. Bununla da platformada sıxlıq xeyli azalır.
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 26 Dekabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















