Çamadanlarından corablara bükülmüş 3 min zəhərli hörümçək çıxdı Video
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Perunun Xorxe Çaves beynəlxalq hava limanında görünməmiş vəhşi təbiət qaçaqmalçılığının qarşısı alınıb. Sərnişinlərin baqajlarında corabların içinə gizlədilmiş 3000-dən çox tarantul (zəhərli hörümçək növüdür – red.), o cümlədən elmi cəhətdən hələ tam müəyyən edilməmiş yeni hörümçək növləri müsadirə olunub.
“Qafqazinfo” xəbər verir ki, Peru Milli Meşəçilik və Vəhşi Təbiət Xidmətinin məlumatına görə, əməliyyat zamanı Almaniya və Polşa vətəndaşı olan üç nəfər saxlanılıb.
Ölkənin Xunin, Loreto və Kusko bölgələrindən qanunsuz yığılan tarantullar ekzotik ev heyvanları bazarına və kolleksiyaçılara satılmaq üçün corablara bükülərək etiketlənib. Axtarış zamanı plastik qablarda minlərlə yumurta, bala və yetkin tarantullar aşkar edilib.
Bildirilir ki, aşkar edilən növlərin zəhəri arı sancmasına bənzər təsirə malikdir və insanlar üçün həyati təhlükə yaratmır.
Peruda qorunan vəhşi heyvanların qanunsuz ixracı ağır cinayət hesab olunur. Vəhşi təbiət qaçaqmalçılığı 3 ildən 5 ilə qədər həbs cəzası nəzərdə tutsa da, xüsusi qorunan növlər olduqda bu müddət 7 ilə kimi artırıla bilər. Saxlanılan üç şübhəli şəxs barəsində artıq rəsmi istintaq başladılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 06 Noyabr 2026 03:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















