Velosipedi yenidən kəşf etmək də olurmuş... Fotolar
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb.
“Qafqazinfo” xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc “Ginnesin Rekordlar Kitabı”na daxil edilib.
Birnin Kebbi şəhərində yaşayan orta məktəb məzunu Məhəmməd avadanlıq qıtlığına və maddi çətinliklərə baxmayaraq layihəsindən imtina etməyib. Velosipedi tamamilə öz resursları hesabına hazırladığını bildirən gənc gələcək planlarından da söz açıb: “Bu velosiped mənim üçün çox xüsusidir, çünki onu bir çox çətinliklərə baxmayaraq tamamilə öz imkanlarımla düzəltmişəm. Ən böyük arzum beynəlxalq velosiped təşkilatlarında Nigeriyanı ən yaxşı şəkildə təmsil etməkdir”.
Hazırladığı 2.9 metrlik velosipedi sürərkən çəkilən kadrları sosial şəbəkələrdə paylaşan Məhəmməd qısa zamanda milyonlarla istifadəçinin diqqətini çəkib.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 06 Noyabr 2026 04:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















