Icma.az
close
up
RU
3 7 yaş aralığındakı uşaqlar üçün təhlükə siqnalı

3 7 yaş aralığındakı uşaqlar üçün təhlükə siqnalı

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

DT peyvəndi difteriya və tetanus kimi həyati təhlükə yaradan iki infeksion xəstəliyə qarşı immunitet formalaşdırır. 

“Yeni Sabah” xəbər verir ki, bu xəstəliklər ciddi fəsadlara, hətta ölümə səbəb ola bildiyindən peyvəndlənmə onlardan qorunmağın ən təsirli yoludur.

Difteriya bakterial mənşəli kəskin infeksion xəstəlikdir. Xəstəlik əsasən hava-damcı və məişət yolu ilə yayılır və daha çox 3–7 yaşlı uşaqlarda müşahidə olunur. İnkubasiya dövrü 2–10 gün davam edir. Difteriyanın ilkin əlamətlərinə yüksək hərarət, udqunma zamanı ağrı, boğazda qızartı və boyun nahiyəsində limfa düyünlərinin böyüməsi daxildir. pizza hut

Xəstəliyin ən böyük təhlükəsi bakteriyanın ifraz etdiyi toksinlərdir. Bu zəhərli maddələr ürək-damar və sinir sistemini zədələyərək ağır fəsadlara səbəb ola bilər. Difteriyanın toksik formasında bədən hərarəti 39 dərəcədən yuxarı qalxır, güclü baş ağrısı, yuxululuq, səsin dəyişməsi və ümumi vəziyyətin sürətlə pisləşməsi müşahidə olunur.

DT peyvəndinin qoruduğu digər xəstəlik isə tetanusdur. Bu xəstəlik bakteriyanın ifraz etdiyi toksin nəticəsində yaranır və ağrılı əzələ spazmları ilə müşayiət olunur. Tetanus xüsusilə uşaqlar üçün təhlükəlidir və sağalma prosesi aylarla davam edə bilər.

Mütəxəssislər bildirirlər ki, tetanus qırtlaq spazmı, sümüklərin sınması, ağciyər trombozu, pnevmoniya, tənəffüs çatışmazlığı və ölüm kimi ağırlaşmalara səbəb ola bilər. Xəstəliyin əsas əlamətləri çənə və bədən əzələlərinin spazmı, qəfil ağrılı əzələ yığılmaları, udqunma çətinliyi, qıcolmalar, baş ağrısı, qızdırma, tərləmə, qan təzyiqi və ürək ritminin pozulmasıdır.

Tetanus insandan insana keçmir. Xəstəliyə səbəb olan bakteriyalar əsasən torpaqda, tozda və peyində olur. Onlar kəsik, yara, yanıq, donma və ya heyvan dişləməsi nəticəsində zədələnmiş dəri vasitəsilə orqanizmə daxil olur.

Səhiyyə mütəxəssisləri vurğulayırlar ki, həm difteriyanın, həm də tetanusun qarşısını almaq və ağırlaşma riskini minimuma endirmək üçün vaxtında DT peyvəndi olunmaq böyük əhəmiyyət daşıyır.
Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 İyun 2026 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri