Icma.az
close
up
RU
MƏNZİL BÖHRANI DƏRİNLƏŞİR... Bakı üçün təhlükə siqnalı

MƏNZİL BÖHRANI DƏRİNLƏŞİR... Bakı üçün təhlükə siqnalı

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qlobal miqyasda şəhərləşmə sürətlə artmaqda davam edir və yaxın onilliklərdə dünya əhalisinin təxminən 70 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır. Bu proses xüsusilə inkişaf etməkdə olan ölkələrdə daha kəskin şəkildə müşahidə olunur və şəhərlərə köç axını sürətlənir. Şəhərlərin böyüməsi isə infrastruktur, mənzil təminatı və sosial xidmətlər üzərində ciddi təzyiq yaradır. Eyni zamanda iqlim dəyişikliyi və təbii fəlakətlər şəhər idarəçiliyini daha da çətinləşdirir. 

Sürətli şəhərləşmə mənzil böhranını və sosial problemləri daha da dərinləşdirə bilərmi? Şəhərlərin 70%-ə qədər böyüməsi gələcəkdə hansı sosial və iqtisadi riskləri yarada bilər?

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə “AzPolitika”ya açıqlamasında bildirib ki, artıq bu problem təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində də hiss olunmaqdadır.

Onun sözlərinə görə, şəhərlər tədricən böüyür, rayon və kəndlərdə əhali sayı azalır, şəhərlərdə isə artır. Bu isə bir sıra problemlərə yol açır: “İlk növbədə vətəndaşlar daşınmaz əmlak problemi ilə üzləşirlər. Məsələn, Bakıda olduğu kimi, qiymətlər ildən-ilə artır. Bu isə tələbin artması, təklifin isə məhdud olması ilə bağlıdır. Nəticədə daşınmaz əmlakın qiymətləri tədricən yüksəlir. Daşınmaz əmlak əldə edə bilməyən insanlar kirayə mənzillərə üz tuturlar ki, bu da avtomatik olaraq kirayə qiymətlərinin artmasına səbəb olur. İnsanlar əsasən iş tapmaq məqsədilə şəhərlərə köçürlər. Əhali artdıqca xidmət sahələrində də tələbat yüksəlir. Bu isə nəqliyyat xərclərinin, müxtəlif məhsul və xidmətlərin qiymətlərinin tədricən artmasına gətirib çıxarır”.

R.Qasımzadə qeyd edib ki, şəhərlərin böyüməsi insanların yaşayışı üçün əlavə problemlər də yarada bilər: “Mənzil və fərdi evlərə tələbin artması qeyri-qanuni tikililər problemini də aktuallaşdıra bilər. Belə hallar digər ölkələrdə də müşahidə olunur. Vətəndaşlar yaşayış ehtiyaclarını ödəmək üçün qanunsuz tikililər inşa edə bilərlər. Azərbaycanda da bu vəziyyət bir neçə il əvvəl müşahidə olunub. Hazırda Bakıda yüz minlərlə qeyri-qanuni tikilinin olduğu bildirilir”.

Ekspert sonda əlavə edib ki, insanların bir məkanda həddindən artıq cəmləşməsi iqlim və infrastruktur problemlərinə də səbəb ola bilər: “Məsələn, Bakıda sıxlıq və tıxaclar artıq ciddi problemə çevrilib. Atmosferə atılan tullantıların artması da bu problemlər sırasında yer alır”.

Oğuz Ayvaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 May 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri