3 ay əvvəl ata oldu! Beyin ölümü keçirən Yavuzun orqanları ümid oldu
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Martın 19-da səhər saatlarında Yenişehir rayonunun Marmaracık məhəlləsi yaxınlığında Yavuz Belikin idarə etdiyi avtomobil qarşısındakı yük maşınına çırpılıb.
Sherg.az xəbər verir ki, qəza zamanı maşında sıxılmış vəziyyətdə qalan Belik qrupların səyləri nəticəsində çıxarılaraq təcili yardımla Yenişehir dövlət xəstəxanaya aparılıb.
Ağır yaralanan Belik, orada edilən ilk müdaxilənin ardından Bursa Təhsil və Araşdırma xəstəxanasına sövq edilib. Reanimasiyada müalicə olunan Yavuz Belik beyin ölümü keçirib.

Bunun üzərinə Belikin ailəsi onun orqanlarını bağışlamağa qərar verib. Əməliyyat zamanı Yavuz Belikin orqanları çıxarılıb.
Evli və cəmi 3 ay əvvəl ata olan Yavuz Belik ailənin əkiz oğullarından biridir.
Yavuz Belikin dəfn mərasiminin şənbə günü Orhanqazi rayonunda keçiriləcəyi öyrənilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 28 Mart 2025 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















